Mattias Hetsenauer — Vikipediya
Mattias Hetsenauer | |
---|---|
alm. Matthäus Hetzenauer | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2004 (79 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | Heer (Vermaxt), quru qoşunları |
Xidmət illəri | 1943–1945 |
Rütbəsi | yefreytor |
Döyüşlər | |
Təltifləri |
Mattias Hetsenauer (23 dekabr 1924, Briksen-im-Tale[d], Tirol[d] – 3 oktyabr 2004, Briksen-im-Tale[d], Tirol[d]) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş avstriyalı snayper. Mattiasın hesabında 345 nəfər öldürülmüş düşmən əsgəri var.[1] Onunla eyni polkda Vermaxtın ikinci ən məshuldar snayperi Yozef Allerberger xidmət etmişdi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hetsenauer 1944-cü ildə martın 27-dən iyulun 16-na kimi snayper kurslarında hazırlıq keçib. 6 dəfə yaxınlaşdırma optikası olan Mauser 98k və 4 qat yaxınlaşdırma optikası olan Gewehr 43 snayper tüfənglərindən istifadə edib. O ən uzaq məsafədən öldürdüyü düşmən əsgərini 1.100 metr məsafədən vura bilib. 1944-cü il noyabrın 6-da artilleriya mərmisinin onun yaxınlığında partlaması nəticəsində kontuziya alıb. Döyüşlərdə göstərdiyi yüksək məhsuldarlığa və sərrastlığa görə Mattias 17 aprel 1945-ci ildə Dəmir Xaç Cəngavər Ordeninə layiq görülüb. Mattias müharibənin son günlərində Sovet Ordusuna əsir düşüb və QULAQda beş il məhbus həyatı yaşadıqdan sonra vətəni Avstriyaya geri dönüb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Axis History Factbook: 3. Gebirgs-Divison". 2013-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-18.