Mehman Alışanov — Vikipediya

Mehman Alışanov
Ümumi məlumatlar
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
?—? SSRİ Kür-Nur ? (?)
Klub karyerası[* 1]
1992—1993 Azərbaycan Qarabağ ? (?)
1993—1996 Azərbaycan Kür-Nur ? (?)
1996—1997 Azərbaycan Qarabağ ? (?)
1997 Azərbaycan Kür-Nur ? (?)
1997—1998 Azərbaycan Şəmkir ? (?)
1998—1999 Azərbaycan Viləş Masallı 25 (1)
1999—2000 Azərbaycan Turan Tovuz 9 (?)
2001—2007 Azərbaycan Energetik Mingəçevir ? (?)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mehman Alışanov - "Qarabağ" klubunun yarımmüdafiəçisi, Azərbaycan milli çempionatında ilk qolun müəllifi. Narkotika alverinə görə təqsirli bilinərək həbs olunub.

Mehman Alışanov 1993-cü ildə Ağdamın "Qarabağ" klubunun heyətində həm ölkə çempionu, həm də ölkə kubokunun sahibi olub. Peşəkar futbolçu karyerasını 2008-ci ilin mayında başa vurub, bundan sonra Bakıya köçərək fəhləliklə pul qazanıb. Daş sexində çalışan futbolçu Nəbi Bayramov adlı şəxslə işbirliyinə girmiş, kokain sataraq pul qazanmışdıq. Xətai rayonunun hüquq-mühafizə orqanları tərəfindən yaxalanmışdır.

Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehman Alışanovun karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - "Kür-Nur" və "Energetik"lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu "Qarabağ" (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), "Kür-Nur" (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), "Şəmkir" (1997/98 mövsümünün ikinci yarısı), "Viləş" (1998/99; 25 oyunda 1 qol), "Turan" (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib.

Son 5 mövsümü birinci divizionda Mingəçevirin "Energetik" klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb. Axırıncı oyununu Qazaxın "Göyəzən" klubuna qarşı keçirmiş Mehman karyerasında son qolunu "Ədliyyə"yə vurub. O, SSRİ-nin yeniyetmələrdən ibarət yığmasında da forma geyinib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]