Mehmed Ərtoğrul Əfəndi — Vikipediya

Mehmed Ərtoğrul Əfəndi
محمد ارطويل أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Abbasiyə məzarlığı
Atası VI Mehmed
Anası Şadiyə Müvəddət Qadınəfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmed Ərtoğrul Əfəndi (5 sentyabr 1912 və ya 5 noyabr 1912, İstanbul2 iyul 1944, Qahirə) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin oğlu.

Mehmed Ərtoğrul Əfəndi 1912-ci ildə İstanbulda Çəngəlköydəki Vahidəddin köşkündə dünyaya gəldi. Anası Şadiyə Müvəddət xanım atasının üçüncü xanımı idi. Ailənin tək oğlu və ən kiçik uşağı olduğundan xüsusi təhsil aldı. Atası 1922-ci ildə sürgünə göndəriləndə, 10 yaşlı Mehmed Ərtoğrul da onunla birlikdə San-Remoya getdi. Atasının ölümündən sonra, anasıyla birlikdə Qahirəyə köçdü və 1944-cü ildə burada vəfat etdi. Cənazəsi Qahirədə Abbasiyə məzarlığında dəfn olundu.