Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu) — Vikipediya

Mehmed Burhanəddin Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 19 dekabr 1885(1885-12-19)
Doğum yeri
Vəfat tarixi 5 iyun 1949(1949-06-05) (63 yaşında)
Vəfat yeri
Fəaliyyəti bəstəkar
Atası II Əbdülhəmid
Anası Məzidə Qadınəfəndi
Həyat yoldaşları Hidayət xanım
Aliyə Mələk Nazlıyar xanım
Georgina Leonora Mosselmans
Elsie Deming Lackson
Uşaqları Mehmed Fəxrəddin Əfəndi
Ərtoğrul Osman Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, İstanbul5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34.Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi.

Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir ƏfəndiNuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu.