Mişkinaz Cavid — Vikipediya
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalə qaralama halındadır. |
Mişkinaz Cavid | |
---|---|
Cavid Mişkinaz Molla Hüseyn qızı | |
Digər adı | Cavid Mişkinaz |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | |
Uşaqları |
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.
Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir.
- Şair Hüseyn Cavidin həyat yoldaşıdır.
- Turan Cavidin anasıdır.
- Ərtoğrol Cavidin anasıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |