Microsoft Excel — Vikipediya
Microsoft Excel | |
---|---|
Tipi | Elektron cədvəl, özəl proqram təminatı |
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows, macOS, Android, İOS, Windows Mobile |
Yayımlanma tarixi | 30 sentyabr 1985 |
Sonuncu versiya | |
Sayt | products.office.com/en-u… products.office.com/tr-t… products.office.com/excel products.office.com/en-g… |
Vikianbarda əlaqəli mediafayllar |
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və onun verilənlərinin manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl prosessorları böyük ölçülü cədvəllərlə işləməyə imkan verir. Belə proqramlarla işləyərkən ekrana cədvəl çıxır. Cədvəllərin sətirləri natural ədədlərlə, sütunları isə latın hərflərli ilə nömrələnmiş olur. Bu paketlərdən ən geniş yayılan və istifadə olunan Lotus 1–2-3 , Quatro-Pro, SuperCalc və Microsoft Office paketinə daxil edilmiş Microsoft Excel proqramıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dəfə elektron cədvəl ideyası 1979-cu ildə Harvard (ABŞ) universitetinin tələbəsi Dan Briklin tərəfindən irəli sürülmüşdür. O və onun proqramlaşdırmanı bacaran dostu Bob Frankston mühasibatlıq kitabının köməyilə iqtisadiyyata dair darıxdırıcı hesablamalar apararkən birinci cədvəl proqramını hazırlamışlar. Bu proqramı onlar VisiCalc adlandırmışlar. VisiCalc tez bir zamanda çox əhəmiyyətli proqram kimi tanınmışdır. İlk vaxtlar bu proqram yalnız APPLE II tipli kompyuterlər üçün nəzərdə tutulmuşdur, ancaq sonralar bütün tip kompyuterlər üçün transformasiyası edilmişdir. Sonralar yaradılmış analoji elektron cədvəllərdə (məsələn SuperCalc) VisiCalc-ın əsas ideyaları təkmilləşdirilmişdir.
Elektron cədvəllərin inkişafında növbəti addım 1987-ci ildə Microsoft firması tərəfindən Excel cədvəl prosessorunun yaradılması olmuşdur. Bu proqram aşağı açılan menyu ilə kompleksdə daha sadə qrafik interfeysə malik idi. Bu isə proqram paketinin funksional imkanlarını genişləndirməklə yanaşı, çıxış informasiyasının keyfiyyətini də artırdı. Funksional imkanların genişlənmiş spektri, bir qayda olaraq, proqramla işləməyi də çətinləşdirirdi. Ancaq Excel proqramının yaradıcıları istifadəçilərin proqramı mənimsəmələrini və onunla işləməyi maksimum asanlaşdırmaqla, necə deyərlər, qızıl ortanı tapa bilmişdilər. Nəticədə Excel tez bir zamanda böyük istifadəçi kütləsi arasında tanınmışdır.
Haqqında
[redaktə | mənbəni redaktə et]MS Excel proqramı gündəlik fəaliyyətində daha çox ədədlərlə işləyən, məsələn, mühasiblərə, bank işçilərinə və s. lazım olur. Lakin, elektron cədvəllərin imkanları bununla bitmir. Bu proqram vasitəsilə nəfis tərtib olunmuş cədvəllərin yaradılması, redaktə olunması və çapı yerinə yetirilir. Ona daxil edilmiş müxtəlif kateqoriyalı funksiyaların köməyilə ədədlər və mətnlər üzərində müxtəlif əməliyyatlarin yerinə yetirilməsi və çox mürəkkəb hesablamaların aparılması, diaqramların və qrafiklərin qurulması mümkündür. MS Excel proqramı fərdi kompüter istifadəçiləri, eləcə də idarə və müəssisələr üçün nəzərdə tutulmuş müxtəlif elektron cədvəllər, hesabatlar, biznes-planlar, diaqramlar və s. hazırlamağa və internetlə göndərməyə imkan verən çox mükəmməl cədvəl prosessorudur. Microsoft Excel elektron cədvəl prosessoru müxtəlif funksiyalardan (mətni, məntiqi, riyazi, maliyyə, statistik və s.) istifadə edərək hesabatların hazırlanmasını, verilənlərə süzgəclərin (filtirlərin) tətbiq edilməsini, forma və hesabat cədvəllərinin tərtibi, verilənlərin siyahılar şəklində (verilənlər bazası) tərtibatını, forma və hesabat cədvəllərinin tərtib edilməsini, məlumatlara uyğun müxtəlif formalı diaqramların qurulmasını, verilənlərin nizamlanmasını, düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını, verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin qarşısının alınmasını, bir və ya bir neçə xananın (cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri yerinə yetirir. Excel cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun ümumi funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə, diaqramların quraşdırılması, avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin avtomatik formalaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət imkanlarından ibarətdir.
Versiyalar
[redaktə | mənbəni redaktə et]Windows və Windows NT üçün versiyalar
- 1988 — Excel 2.0
- 1990 — Excel 3.0
- 1992 — Excel 4.0
- 1993 — Excel 5.0 (Windows NT)
- 1995 — Excel 7 (Windows 95)
- 1997 — Excel 97
- 1999 — Excel 2000 (9) — Microsoft Office 2000
- 2001 — Excel 2002 (10) — Microsoft Office XP
- 2003 — Excel 2003 (11) — Microsoft Office 2003
- 2007 — Excel 2007 (12) — Microsoft Office 2007
- 2010 — Excel 2010 (13) — Microsoft Office 2010
- 2013 — Excel 2013 (14) — Microsoft Office
- 2019 -- Excel 2019 (Qeyd:daha öncəki versiyalar da ola bilər)
Görünüş
[redaktə | mənbəni redaktə et]Microsoft Excel proqramı ilə işə başlamaq üçün Пуск (Start) menyusunun Программы (Programs) hissəsindən Microsoft Excel sətrini seçin.
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir:
- Pəncərənin başlığı (sərlövhə sətri)
- Menyu sətri (Menu bar, Строка меню)
- Alətlər paneli (Standard, Стандартные)
- Formatlaşdırma paneli (Formatting, Форматирование)
- Düstur sətri (Formula bar, Строка формул)
- İşçi sahə – sənəd pəncərəsi
- İşçi vərəqlərin yarlıkları (Sheet tabs, Ярлычки листов)
- Cari vəziyyət sətri (Status bar, Строка состояния)
Microsoft Excel proqramında açılan hər bir fayl Excel kitabı adlanır. MS Excel işçi kitabında verilənlər saxlanılır və dəyişdirilir. Hər bir Excel kitabı işçi vərəqlərdən ibarətdir. Hər bir vərəq 256 sütun və 65536 sətrdən ibarətdir. Yeni işçi kitabı açılarkən ekranda təmiz işçi vərəqi yaranır və hər Excel sənədində işçi vərəqlərin sayı 255-ə qədər ola bilər.
Excel kitabına daxil olan bütün vərəqlər bir fayl (.xls) altında yadda saxlanılır.
Hesablamaların aparılma qaydaları
[redaktə | mənbəni redaktə et]Hesablama əməliiyatı aparmazdan qabaq xanada mütləq "=" işarəsi yazılır, hesablamalarda klaviaturanın sağ tərəfində yerləşdirilmiş rəqəm və / , * , — , + işarələrindən istifadə olunur. Məsələn, =A1/D2
- Faizin hesablanması. 80 rəqəminin 20%-ni hesablayaq: boş xanada "=" işarəsi yazılır, 80 rəqmi yazılmış xana göstərilir, "*" işarəsi yazılır, daha sonra Ctrl düyməsini basılı saxlayaraq diapazonlar göstərilir və Enter düyməsi basılır. Xanada cəmləmənin nəticəsi, düsturlar sətrində isə düstur göstərilir. Məs.:=SUM(A2:A3,B3,C3:C4,B6,A8)
Düstur funksiyanın adından və diapazon ünvanından ibarətdir. Diapazon bir neçə ünvan və ünvanlar qrupundan ibarət ola bilər. Məs., gördüyünüz cədvəldə daxil olunmuş rəqəmlərin cəmini verilən düstur ilə tapmaq olar. Bu düsturda bir neçə ünvan ilə hesablamalar aparılır. Burada qonşu olan ünvanlar ":" işarəsi ilə, qonşu olmayan ünvanlar isə ";" işarəsi ilə ayrılır. Funksiya yazılışının ümumi qaydaları: =_funksiyanın adı_(_iş diapazonu_)_
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
- ↑ https://www.microsoft.com/cs-cz/microsoft-365/business/compare-all-microsoft-365-business-products-b?OCID=AIDcmmwyi97lja_SEM__k_CjwKCAjwpuajBhBpEiwA_Ztfhb-nL4zBE7BW2ycf85anqIm8j-AUzZae2dKx75cb1ul_qOh6S9tVTxoCJa8QAvD_BwE_k_.
- ↑ Release notes for Current Channel releases - Office release notes.
- ↑ Microsoft Excel.