Mirnı (Antarktika stansiyası) — Vikipediya

Mirnı stansiyası (Antarktida)
Mirnı stansiyası
Mirnı stansiyası Antarktida xəritəsində
Mirnı sransiyası marka üzərində

Mirnı stansiyasıSSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir[1]. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı»[2] gəmisinin şərəfinə adlandırılmışdır.

5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar[1][3]. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir[1]. Burada 21 bina və hava limanı inşa edilir[3]. Stansiya 13 fevral 1956-cı ildə[1][2] açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı. Hazırda isə bu yükü "Novolazarevskaya" stansiyası yerinə yetirir. Stansiyanın rəhbəri Vladislav Qerboviç olmuşdur.

Stansiya il boyu fəaliyyət göstərir. Yayda stansiyada 160—200 nəfər, qışda isə 40—50 nəfəri qəbul etməyə imkan verir. Ən yaxın məntəqə 678 km aralıda yerləşən Deyvis (Avstraliya) stansiyasıdır.

Stansiya yaxınlığında Hauell adaları yerləşir. 1956-cı il İkinci Sovet Antarktika ekspedisiyası zamanı burada yerləşən bir çox adalara ad verilmişdir: Zıkov adasıBuromski adası.

Hətta Mirnıdan Vostok stasiyası yürüş təşkil edilmişdir. Hazırda isə Vistok stansiyasında təminat Proqres stansiyası ilə həyata keçirilir.

İqlim şərtləri

[redaktə | mənbəni redaktə et]

Stansiyada orta illik temperatur -11 °C təşkil edir. İlin 220 günü güçü 15 m/s olan küləklər əsir.

Mirnı stansiyasındakı 1956-2014-cü illər üzrə temperatur sxemi.

Bu elmi-araşdırma stansiyasının şərəfinə Lineska rayonu ərazisində Mirnı qəsəbəsi salınmışdır.

  1. 1 2 3 4 Maxail Orlov. "«Antarktidada iş əvvəlki kimi təhlükəlidir»". Qazeta.Ru. 2011-12-07. 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-03.
  2. 1 2 Мирный // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В.М. Котлякова. — Екатеринбург: У-Фактория, 2006.
  3. 1 2 Вячеслав Венедиктов. "Южный форпост геополитики". Vokruq sketa, №2 (2785). 2006-02. 2017-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-03.