Mumbay Universiteti — Vikipediya

Mumbay Universiteti
Əsası qoyulub 18 iyul 1857
Tip Dövlət
Şəhər Mumbay
Ölkə
Sayt mu.ac.in
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mumbay Universiteti (ing. University of Mumbai, marathi मुंबई विद्यापीठ) — Hindistanın Mumbay şəhərində yerləşən ali təhsil müəssisəsi. MədrəsKəlkətə universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir.

Universitetin əsası 18 iyul 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür.

Universitetin zəngin kitabxana fondu var.

Mumbay Universiteti ən çox milyarder məzunu olan universitetlərin siyahısında 9-cu yerdədir.[1][2][3] 2014-cü ilə aid məlumata görə bu universitetin 12 milyarder-məzunu var.[4]

Milli Qiymətləndirmə və Akkreditasiya Şurası (NAAC) tərəfindən Mumbay Universitetinə "Beş Ulduz" statusu verilmişdir.[5]

Tanınmış məzunları

[redaktə | vikimətni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]