Murman Omanidze — Vikipediya

Murman Omanidze
Doğum tarixi 5 noyabr 1938(1938-11-05)
Doğum yeri
Vəfat tarixi 2020
Vəfat yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, dövlət qulluqçusu
Partiyası

Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi2020, Sankt-Peterburq) —  Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri.

Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi.[1]

1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi.[2] Müxalifət 1991-ci ilin dekabrında Qamsaxurdiya qarşı hərbi çevrilişi başlatdı. Dekabrın 31-də Omanidze faktiki olaraq həbs edildi və tutduğu vəzifədən azad olundu. Yanvarın 4-də Omanidze Rusiyaya qaça bildi və Qamsaxurdiyanı diktator adlandırdı.[3]

Qamsaxurdiyadan sonra hakimiyyətə gələn Eduard Şevardnadzenin dövründə Omanidze 1992-ci ildən 1998-ci ilədək Gürcüstan Parlamentinin üzvü idi.[4] Onun həmçinin biznes fəaliyyəti də var idi. 1996-cı ildə Gürcüstan prokurorluğu Omanidzeni qanunsuz maliyyə razılaşması ittihamı ilə həbsinə order verdi, amma o, Gürcüstanı tərk etməyi bacardı və siyasətdən uzaqlaşdı.[5]

  1. "Murman Omanidze"Ex-Ministers of Foreign Affairs of Georgia. Ministry of Foreign Affairs of Georgia.
  2. Bricault, G.C., ed. (1992). "Georgia". Eastern Europe and the Commonwealth of Independent States. London: Europa Publications. p. 542. ISBN 0946653771.
  3. "Omanidze: President 'Doomed'" Arxivləşdirilib 2023-07-29 at the Wayback MachineDaily Report. Central Eurasia, no.3-10. Foreign Broadcast Information Service. 4 January 1992. pp. 72–73.
  4. "Omanidze Murman" Arxivləşdirilib 2016-03-04 at the Wayback MachineMembers of the Parliament of Georgia. Parliament of Georgia.
  5. Fuller, Liz (5 August 1996). "Warrant issued for arrest of former georgian foreign minister" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Radio Free Europe/Radio Liberty.