Muzdlu qatil — Vikipediya
Muzdlu qatil — bir şəxsi və ya şəxsləri öldürmək üçün pul ilə müqavilə əsasında fəaliyyət göstərən cinayətkar.
Bəzən hegomon qruplar və ya şəxslər arasında düşən mübahisəni muzdlu qatil tutmaqla və kiminsə öldürülməsi ilə son qoyulur.
Əsasən ABŞ, Yaponiya, Rusiya və İtaliya kimi dövlətlərdə, mafiyanın ayaq açıb yeridiyi ölkələrdə bu cinayətkar qatillərdən tez-tez istifadə olunur. Türkiyədə də siyasi qətillər zamanı, dərin dövlətin istəmədiyi şəxsləri aradan qaldırmaq üçün muzdlu qatillərdən istifadə olunduğu ehtimal olunur.
Muzdlu qatillər əsasən keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından təşkil olunurlar.