Nəşə Təbrizi — Vikipediya

Nəşə Təbrizi
Doğum tarixi XVII əsr
Doğum yeri
Vəfat tarixi 1775
Vəfat yeri
Fəaliyyəti şair

Nəşə Təbrizi (XVII əsr, Təbriz, Cənubi Azərbaycan, Səfəvilər1775, Təbriz, Təbriz xanlığı) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub.

Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub.[1] Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəşə Təbrizi Nadir şahın saray şairi olub.[3] Azərbaycanfars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub.[3] Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. [1] 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir. Həmin şeiri türbənin əsas qapısının üstündə həkk ediblər.[4][5][6]

Şairin divanı Topqapı Sarayı Muzeyində saxlanılır. 1763-cü ildə köçürülmüş bu divanda onun Azərbaycan türkcəsində 3 qəsidə, 6 qəzəl ümumilikdə isə 128 beyt var.[1]

Ölüm tarixi ilə bağlı bəzi fikirlər olsa da Məhəmmədəli Hüseyni və Məhəmməd Əmin Riyahiyə görə Nəşə Təbrizi 1775-ci ildə Təbrizdə dünyasını dəyişib. [3]

  1. 1 2 3 Kərimov, 2020. səh. 43
  2. "Nəşə Təbrizinin divanının surəti əldə edilib" (az.). science.gov.az. 5 sentyabr 2018. 21 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2022.
  3. 1 2 3 Kərimov, 2020. səh. 44
  4. Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı. 1993. səh. 87.
  5. Tourkhan Gandjeï. The turkish inscription of kalät-i nadiri. 69. Vyana: Department of Oriental Studies, University of Vienna. 1977. səh. 45-53. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-28.
  6. Rəhimova Aybəniz. Qulam Məmmədli təzkirəsi. Bakı: Elm və təhsil. 2012. səh. 434.