Nəriman Şirinov — Vikipediya

Nəriman Şirinov
Nəriman Mikayıl oğlu Şirinov
Doğum tarixi
Doğum yeri Tovuz, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elmi dərəcəsi baytarlıq elmləri doktoru (1970)
Elmi adı professor (1974)
Təhsili Moskva Baytarlıq Akademiyası
Üzvlüyü AMEA, Rusiya KTEA
Mükafatları Dövlət Mükafatı Laureatı
"Şərəf nişanı" ordeni

Şirinov Nəriman Mikayıl oğlu (7 noyabr 1929, Qaraxanlı, Tovuz rayonu26 iyul 2006) — baytarlıq elmləri doktoru (1970), professor (1974), Dövlət Mükafatı laureatı (1990), AMEA-nın və Rusiya KTEA-nin müxbir üzvü, "Şərəf nişanı" ordeni (1981), Əməkdar elm xadimi.[1]

Nəriman Şirinov 1929-cu il noyabrın 7-də Tovuz şəhərində anadan olub. Tovuz şəhərindəki A. S. Puşkin adına orta məktəbdə təhsil almış və əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub. 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına köçürülərək təhsilini uğurla 1954-cü ildə başa vurub.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəriman Şirinov əmək fəaliyyətinə 1954-cü ildə Balakən rayonunda MTS-da böyük baytar həkimi kimi başlayıb. Elmə olan həvəs onu tezliklə Azərbaycan Elmi-Tədqiqat İnstitutuna gətirmişdir. 1955-ci ildən laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi çalışıb.[1]

1970-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutuna direktor vəzifəsinə təyin olunaraq ömrünun sonunadək burada çalışmış, mütəxəssislərin yetişdirilməsində əvəzsiz xidmətləri olub.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəriman Şirinov 1962-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1974-cü ildə professor adına layiq görülüb. 1990-cı ildə Dövlət Mükafatı laueratı, 2001-ci ildən AMEA-nın və Rusiya KTEA-nın müxbir üzvi olub. Nəriman Şirinovun rəhbərliyi dövründə 11 elmlər doktoru, 62 elmlər namizədi hazırlanıb. Alimin 5000-dən çox elmi əsəri, monoqrafiyaları çap edilib.[1]

1957–1960-cı illərdə Azərbaycan Respublikasında suda üzən quşların helment və helmentozlarını öyrənərək helmintologiya elmini yeni tədqiqatlarla zənginləşdirib. Azərbaycanda, o cümlədən keçmiş Sovetlər Birliyində yeni helment növlərini qeydə almış və onlara qarşı müalicə-profilaktika tədbirlətini işləyib hazırlayıb.[1]

SSRİ-də ilk dəfə olaraq neft tullantıları və neft-kimya sintezi məhsullarının baytarlıqda və heyvandarlıqda istifadə etməklə yeni bir məktəb yaradıb.[1]

1962-ci il Azərbaycan SSR Nazirlər Sovetinin Qərarı ilə Az. ETBİ-də "Neft tullantılırı, neft-kimya sintezi məhsullarından baytarlıqda istifadə etmək üçün yeni müalicə-profilaktika vasitələri axtaran laboratoriya"nın təməlini qoyaraq ona uzun müddət rəhbərlik edib. Onun rəhbərliyi ilə laboratoriyada fassilyoz və dikroselyoza qarşı çox sayda preparat, o cümlədən 6 neft tullantısı, 34 neft-kimya sintezi məhsulu sınaqdan keçirilmişdir. Aparılmış tədqiqatlar nəticəsində "Efiran-3", "Efiran- "777", "Efiran-197", "N-12", "B" və bioloji stimulyator "Azolyat-A" preparatları dövlət qeydiyyatından keçərək müəlliflik şəhadətnaməsi alıb.[1]

51 illik əmək və elmik fəaliyəti dövründə 6 müəlliflik şəhadətnaməsi, 200 elmi əsərin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın müəllifidr. Əsərləri bir çox xarici ölkə nəşriyyatında (Polşa, Bolqarıstan, Macarıstan, Sovetler Birliyi ölkələrində) dərc edilib. Bir çox beynəlxalq konqreslərdə, elmi konfranslarda, simpiozium və sessiyalarda Azərbaycanı təmsil edib.[1]

Nəriman Şirinov 1995–2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsində kollegiyanın, elmi-texniki şuranın üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində texniki şuranın, "Aqrar elm" jurnalının redaksiya heyətinin, AMEA-nın Zoologiya İnstitutunun nəzdində namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmək üçün ixtisaslaşdırılmış şuranın üzvü olub.[1]

2006-cı il iyul ayının 26-da Bakıda vəfat edib.[1]

Elmin inkişafında yüksək xidmətlərinə görə Ümumiittifaq KTEA-nin akademikləri K. J. Skryabin və N. S. Vişlevskinin 100 illiklərinə həsr edilmiş xatirə medalları ilə təltif edilib.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Şirinov Nəriman Mikayıl oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.