Nəsrimizin ağsaqqalı (film, 1970) — Vikipediya
Nəsrimizin ağsaqqalı | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Əli Musayev |
Ssenari müəllifi | Vaqif Hümmətoğlu |
Operator | Vladimir Konyagin |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1970 |
Texniki məlumatlar | 1 hissə 280 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimova həsr olunmuşdur.
Kinolentdə yazıçıya ilham vermiş doğma yurdu, dağlar, qayalar, coşub daşan çaylar, vadilər, dərələr, yollar, körpülər, kəndlər əks olunmuşdur. Fotoşəkillər bizi onun mənalı həyat yolu ilə tanış edir. Yazıçı iş otağında yaradıcılıq planlarından danışır. Görkəmli rus tənqidçisi Z.Kedrina Süleyman Rəhimovun Sovet ədəbiyyatında, habelə ictimai həyatımızda tutduğu mövqedən söhbət açır. Filmdə yazıçının Sovet və xarici ölkə xalqlarının dillərində nəşr olunmuş əsərləri nümayiş etdirilir. Bundan əlavə filmə "Mehman" və "Su ərizəsi" əsərləri əsasında çəkilmiş filmlərdən kadrlar da daxil edilmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifi: Vaqif Hümmətoğlu
- Rejissor: Əli Musayev
- Operator: Vladimir Konyagin
- Səs operatoru: Şamil Kərimov
- Filmin direktoru: Əli Məmmədov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.