Nartkala — Vikipediya

Nartkala
Нарткъалэ
43°33′ şm. e. 43°51′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1913
Sahəsi
  • 9,45 km²
Mərkəzin hündürlüyü 305 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 33.052 nəf. (2024)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 361330
Xəritəni göstər/gizlə
Nartkala xəritədə
Nartkala
Nartkala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nartkala (kab.-çərk. Нарткъалэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Respublika ərazisində əhalisinin sayına görə dördüncüdür. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir[2].

Şəhər Urvan rayonunun şimal hissəsində, Nalçik şəhərindən 21 km şimal-şərqdə, bir neçə yolun kəsişməsində yerləşir. Ayrıca Şimali Qafqaz Dəmir Yolunun bir qolu şəhərdən keçir və burada Dokşukino dəmiryol stansiyası fəaliyyət göstərir.

Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şərqdə Kahun, cənubda Urvan, cənub-qərbdə Şithala və qərbdə Morzox. Şəhər Kabardin mailli düzənliyində, dağətəyi ərazidən respublikanın dağlıq zonasına keçiddə yerləşir. Şəhər ərazisində orta hündürlük dəniz səviyyəsindən təxminən 305 metrdir. Cənubdan şimala qədər hündürlük fərqi 50 m təşkil edir.

Hidroqrafik şəbəkə əsasən bulaqlar və kiçik çaylardan ibarətdir. Şəhərin ərazisindən bulaq çayı olan Belaya Reçka axır. Mərkəzi şəhər parkında şəhərin ən böyük gölü Komsomolskoye yerləşir. Şəhərin şimal hissəsində kanalizasiya təmizləyici qurğular fəaliyyət göstərir. Şəhərin iqlim rütubətli, mülayimdir. Yayı isti və qışı isə sərin keçir. Baş Qafqaz silsiləsinə yaxınlığı şəhərin iqliminə sərinləşdiriçi təsir göstərir. İqlimin formalaşmasında soyuq havanın birbaşa müdaxiləsindən qorunmaq mühüm rol oynayır.

Orta illik havanın temperatur təqribən + 10,0 °C-dir. Havanın orta temperaturu iyulda + 22.5 °C, yanvarda isə -2.0 °C təşkil edir. Havanın orta sutkalıq temperaturu qışda −10 °C-dən + 15 °C-ə, yayda + 16 °C-dən + 30 °C-ə qədər olur. Orta illik yağıntının miqdarı təxminən 650 mm-dir. Ən çox yağıntı aprel-iyun aylarında düşür. Ən yüksək tempreratur iyulun sonu - avqustun əvvəlində, ən aşağı isə yanvar ayının sonu - fevralın əvvəlində müşahidə olunur.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 450-ci yerdədir. Əhalisinin sıxlığı — 3262.65 nəf./km².

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
Kabardinlər 20 758 65,5 %
ruslar 7 444 23,5 %
türklər 1 242 3,9 %
osetinlər 527 1,7 %
digərləri 1 723 5,4 %
ümumi 31 694 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[4]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 2 842 2 772 5 614 17,7 %
15 — 59 yaş 9 964 11 939 21 903 69,1 %
60 yaşdan yuxarı 1 387 2 790 4 177 13,2 %
ümumi 14 193 17 501 31 694 100,0 %

Kişilər — 14 193 nəf. (44,8 %). Qadınlar — 17 501 nəf. (55,2 %)[5].

Əhalinin orta yaşı — 36,1 yaş. Kişilərin orta yaşı — 33,8 yaş. Qadınların orta yaşı — 37,9 yaş.

Mərkəzi şəhər məscidi «Əl-İman»

Şəhərdə əsasən iki dinin - İslam və Xristianlığın nümayəndələri yaşayır. İslam dinində etiqad edənlər şəhər əhalisinin təxminən 70-75 %-ni təşkil edir.

İslam

  • Mərkəzi şəhər məscidi - «Əl-İman» məscidi.

Xristianlıq

Rus Pravoslav kilsəsi

  • Müqəddəs Nikolas Çudotvors kilsəsi.

Protestant kilsələri

  • Xristian-Adventistlər kilsəsi.
  • Evanqelist Xristian-Baptistlər kilsəsi.
  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. "Закон Кабардино-Балкарской Республики от 27 февраля 2005 года N 13-РЗ «О статусе и границах муниципальных образований в Кабардино-Балкарской Республике»". 2018-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-21.
  3. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  4. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  5. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-16.