Natiq Əliyev (heykəltaraş) — Vikipediya
Natiq Əliyev | |
---|---|
Doğum tarixi | 10 avqust 1958 (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Janr | monumental sənət |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi)[1].
Həyatı
[redaktə | vikimətni redaktə et]1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur.
Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır.
Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- Respublika Gənclər Mükafatının laureatı — 1989
- Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000
- "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005
- Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008
- Avstriyanın I dərəcəli "Cəngavər Ordeni" (Qızıl) — 2015
- "Şöhrət" ordeni — 9 avqust 2018
Abidələri
[redaktə | vikimətni redaktə et]- Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985)
- Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
- Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
- Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
- Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
- Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
- Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
- Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
- Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
- Motsartın abidəsi (Bakı, 2011)
- Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
- Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
- Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
- Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
- Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
- Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
- Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
- Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
- Dostluq Abidəsi ("Bakı-Həştərxan", 2013)
- Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
- Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)[2]
- Frederik Şopenin büstü (2023)[3]
- Aşıq Ələskərin heykəli (2024)
Memorial növhələr
[redaktə | vikimətni redaktə et]- Məmməd Səid Ordubadi (1987)
- Abdulla Şaiq (1988)
- Xurşudbanu Natavan (1989)
- Cəlil Məmmədquluzadə (1992)
- General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
- Afiyəddin Cəlilov (1994)
- Akademik Lətif İmanov (1995)
- Şövkət Ələkbərova (1996)
- İlyas Əfəndiyev (1997)
- Mirvarid Dilbazi (2004)
- Əli Tudə (2005)
- Cabir Novruz (2006)
- Nəsrulla Nəsrullayev (2006)
- Zeynal Cabbarzadə (2007)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
- ↑ Sputnik. "O, digər aktyorlar kimi müxtəlif verilişlərə çıxaraq öz xəstəliyini bəyan eləmirdi" (az.). Sputnik Azərbaycan. 08.11.2019. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
- ↑ Mədəniyyət TV. "Frederik Şopen Musiqi Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb" (az.). Youtube.com. 30.11.2023. İstifadə tarixi: 2023-11-30.