Natiq Rəsulzadə — Vikipediya
Natiq Rəsulzadə | |
---|---|
Natiq Rəsul oğlu Rəsulzadə | |
Doğum tarixi | 5 iyun 1949 (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Fəaliyyət illəri | 1966-cı ildən |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili |
Mükafatları |
Natiq Rəsul oğlu Rəsulzadə (5 iyun 1949, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), "Şöhrət" ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-də, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub.[2]
200-dən çox hekayənin və 50-dən artıq kitabın müəllifidir[3].
Mükafatları
[redaktə | mənbəni redaktə et]Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb[4].
Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[5] 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[6]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- "Uşaqlıq lövhələri"
- "İşıqlı toran"
- "Bayramda yağan yağış"
- "Gecədə atlı"
- "Ruhlar arasında"
- "Intihar edənin qeydləri"
- "Kabusların arasında"
- "Ulduzların altında yol"
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bayramda yağış (film, 1985)
- Biz qayıdacağıq (film, 2007)
- Biz qayıdacağıq (veriliş, 2007) (II)
- De ki, məni sevirsən! (film, 1977)
- Dünən, bu gün, sabah (film, 1992)
- Epizod (film, 2002)
- Gecə qatarında qətl (film, 1990)
- Girov (film, 2005)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Ovsunçu (film, 2002)
- Pərilərə inanmayın (film, 1979)
- Sifarişçi (film, 2000)
- Sürpriz (film, 1977)
- Vahimə (film, 1998)
- Yaşa, qızıl balıq (film, 1988)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ CBC. "Звезды театра в эксцентричной комедии Натига Расулзаде" (rus). Youtube.com. 19.12.2017. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
- ↑ CBC TV. "Народный писатель Натиг Расулзаде рассказал о своем творческом пути" (rus). Youtube.com. 20.08.2022. 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ "N.R.Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
- ↑ ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
- ↑ AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.