Nesl qalası skandalı (1314) — Vikipediya

Nesl qalası skandalı (fr. Affaire de la tour de Nesle) — 1314-cü ildə Fransa monarx ailəsində baş tutan və o əsnada Fransa kralı olan IV Filippin 3 gəlininin xəyanətlə təqsirləndirildiyi hadisə.[1] Şayələrin kralın qızı olan İngiltərə kraliçası Fransalı İzabella tərəfindən yayıldığı bilinir. İddialara görə, bu xəyanətlər əsasən Nesl qalasında (fr. Tour de Nesle) baş verdiyi üçün qala hadisəyə adını vermişdir. Skandal, hadisəyə adı qarışan saray əyanlarının edamı, işgəncəsi və həbsi ilə nəticələndi.

Fransa kralı IV Filippin 3 oğlu var idi: Lüdovik, FilippÇarlz. Dövrün ənənəsinə uyğun olaraq kral öz oğulları üçün güclü siyasi evliliklər planlamışdı. Böyük oğlu Lüdoviki 1305-ci ildə Burqundiya hersoqu II Robertin qızı Marqaritayla, 1307-ci ildə ortancıl oğlu Filippi Burqundiya qrafı IV Ottonun qızı Jannayla, 1308-ci ildə isə kiçik oğlu Çarlzı qrafın digər qızı Blanşla evləndirdi. Ancaq bu evliliklər bir-birindən çox fərqli idi. LüdovikMarqaritanın evliliyi xoşbəxt deyildi. Belə ki, Dalaşqan ləqəbiylə məşhurlaşan Lüdovik xanımıyla vaxt keçirməkdənsə, tennis oynamağı daha üstün tuturdu. Nisbətən daha mühafizəkar və dindar olan Çarlzla Blanşın evliliyi isə sıxıcı və ənənəvi idi. FilippJanna cütlüyü isə digərlərindən fərqli olaraq bir-birinə bağlı idi.

  • Lorentz, Phillipe and Dany Sandron. (2006) Atlas de Paris au Moyen Âge. Paris: Parigramme. ISBN 2-84096-402-3
  • Wagner, John. A. (2006) Encyclopedia of the Hundred Years War. Westport: Greenwood Press
  • Gillmeister, Heiner. (1998) Tennis: A Cultural History. London: Leicester University Press. ISBN 978-0-7185-0147-1
  1. Broad, Jacqueline and Karen Green. (2007) Virtue, Liberty, and Toleration: Political Ideas of European Women, 1400–1800