Nişan üzüyü — Vikipediya
Nişan üzüyü — ailə quran zaman bəy və gəlinin bir-birinə bağışladıqları üzük.[1] Adsız barmağa taxılan nişan üzüyü həmin adamın ailəli olduğunu göstərir.
Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Üzük qapalı dairə formasında olduğundan əbədi sabitliyi ifadə edir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə isə Qədim Yunanıstanda yaranıb. Hər iki mənbədə nişan üzüyünün adsız barmağa taxıldığı göstərilir. Bu da ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.[2]
Əlamətlər və adətlər
[redaktə | vikimətni redaktə et]Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmaqda olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmaqdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi.
Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər. Şərq ölkələrində bu adət indi də mövcuddur. Avropanın əksər ölkələrində isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxılır. Hindistanda nişan əlaməti olaraq böyük barmaq da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır. Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanır və hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu mənfi xüsusiyyətini itirir.
Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışdılar. Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır. Belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə M hərfi yazdırmışdı.
Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil: irsi olaraq verilən üzük istisnadır.
Nişan üzüyünün necə olması, bahalığı və ya ucuzluğu, vacib deyil. Sevginin qiyməti bahalı üzüklərlə ölçülmür. Əsas odur ki, bu, sevgililərin zövqüncə olsun.
Alternativ toy üzükləri
[redaktə | vikimətni redaktə et]Son illərdə ağıllı üzüklər kral ailəsinin üzvləri və məşhurlar tərəfindən klassik toy üzüklərinə alternativ olaraq istifadə olunurdu.[3] Belə ağıllı üzüklər partnyorun ürək döyüntüsünü hiss etməyə imkan verən fəaliyyət izləyiciləri və ya rabitə cihazları ola bilər.[4]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Wedding Ring". Harper Collins Dictionary (dictionary.com). Harper Collins & Son. 2016. 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
- ↑ Withey, Alison. "Roman Wedding Rings". www.jewelpedia.net. 2015-04-17. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.
- ↑ "Everything you need to know about Prince Harry's sleep tracker fitness ring" (ingilis). 2018-10-19. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
- ↑ HUFFPOST. "This Ring Lets You Feel Your Spouse's Heartbeat In Real Time". HUFFPOST (ingilis). 2016-08-09. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-12.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Nişan üzüyü Arxivləşdirilib 2009-11-14 at the Wayback Machine
- Üzüyün mənası Arxivləşdirilib 2009-07-28 at the Wayback Machine (Rusca)