Nikolas Keyc — Vikipediya

Nikolas Keyc
ing. Nicolas Cage
Keyc San Diego Comic-Con International-da (2011)
Keyc San Diego Comic-Con International-da (2011)
Doğum adı Nikolas Kim Koppolla
Doğum tarixi (60 yaş)
Doğum yeri Lonq Biç, Kaliforniya, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Partnyorları
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1981 — h.h.
Təhsili
Mükafatları "Oskar"» (1996)
"Qızıl Qlobus" (1996)
IMDb ID0000115
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolas Keyc (doğum adı: Nikolas Kim Koppola[2]; 7 yanvar 1964[3][4][…], Lonq-Biç, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[5]) — ABŞ aktyoru, prodüser və rejissor, "Oskar" və "Qızıl Qlobus" mükafatları laureatı.

Nikolas Kim Koppola 7 yanvar 1964-cü ildə Kaliforniyanın Lonq-Biç şəhərində anadan olub. Məşhur italyan mənşəli Koppola ailəsindəndir. Aktyor karyerasının əvvəllərində əmisi rejissor Frensis Ford Koppolanın filmlərinə çəkilmişdir. O, uğurlarının nepotizmlə əlaqələndirilməsini istəmədiyi üçün soyadını Keyc olaraq dəyişib. Marvel komikslər qəhrəmanı Lyuk Keyc və avanqard bəstəkar Con Keyci bəyəndiyi üçün bu soyadı seçib.[6]

Əsas adı Nikolas Koppola olan və məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğlu olan Keyc, əmisinin "Rumble Fish"(1983) adlı filmində rol aldı. Eyni il aktyorun ulduzluğa yüksəldiyi "Valley Girl"də oynayan aktyor, yenə rejisorluğunu əmisi Kopplanın etdiyi və baş rolda Kathel Turnerin də iştirak etdiyi "Peggy Suya Got Married" adlı filmdə rol aldı. Təcrübəli performansları ilə seçilən qabliyyətli aktyor, Çer ilə birlikdə rol aldığı Norman Jevisonun "Moonstruck"(1987) filmində seçildi.

Bu filmdəki performansı ilə Coen qardaşlarının diqqətini çəkən Keyc, rejisorların "Raising Rizona" adlı filmdə çəkildi.

  1. "Kotton klubu" (1984)
  2. "Quşlu" (1984)
  3. "Xortdanın öpüşü" (1989)
  4. "Las-Veqası tərk edərkən" (1995)
  5. "Qaya" (1996)
  6. "Hava həbsxanası" (1997)
  7. "Simasız" (1998)
  8. "Mələklər şəhəri" (1998)
  9. "İlan gözləri" (1998)
  10. "8 millimetr" (1998)
  11. "60 saniyəyə qaçırmalı" (2000)
  12. "Kapitan Korellinin seçimi" (2001)
  13. Adaptasiya (film, 2002)
  14. "Millətin dəfinəsi" (2004)
  15. "Silah baronu" (2005)
  16. "Əkiz qüllələr" (2006)
  17. "Kabus yarışçı" (2007)
  18. "Peyğəmbər" (2007)
  19. "Millətin dəfinəsi: Sirrlər kitabı" (2007)
  20. "Təhlükəli Banqkok" (2008)
  21. "Pis leytenant" (2009)
  22. "Payını ver" (2010)
  23. "Rəqslər" (2010)
  24. Ac dovşan hücum edir (2011)
  25. Kabus yarışçı 2: İntiqam atəşi (2012)
  26. Yuxu ssenarisi (2023)
  1. 1 2 https://web.archive.org/web/20141028023326/http://www.nytimes.com/movies/person/10155/Nicolas-Cage/biography.
  2. Nicolas Cage Arxivləşdirilib 2014-01-11 at the Wayback Machine — Encyclopædia Britannica Online, 18.12.2010; Contemporary theatre, film, and television Arxivləşdirilib 2014-01-04 at the Wayback Machine — Gale Research Company, 2000; Nicolas Cage Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine — Corinne J. Naden, Rose Blue. Lucent Books, 2003; California Births, 1905–1995 Arxivləşdirilib 2013-09-26 at the Wayback Machine — Family Tree Legends Records Collection (Online Database). Pearl Street Software, 2004–2005.
  3. Nicolas Cage // Encyclopædia Britannica (ing.).
  4. Nicolas Cage // filmportal.de. 2005.
  5. Deutsche Nationalbibliothek Record #129454532 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Meg Grant. "Nicolas Cage Interview". Reader's Digest. Август 2006. 2008-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]