Nurməhəmməd Əndəlib — Vikipediya
Nurməhəmməd Əndəlib | |
---|---|
azərb. Nurməhəmməd Əndəlib | |
Doğum tarixi | |
Doğum yeri | Daşoğuz, Türkmənistan |
Vəfat tarixi | |
Vəfat yeri | Daşoğuz, Türkmənistan |
Fəaliyyəti | şair, yazıçı |
Nurməhəmməd Əndəlib Vikimənbədə |
Nurməhəmməd Əndəlib (1660–1740)—türkmən şairi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskin Qılınc, Balqızıl kimi ta-nınmış söz ustaları onun ardıcılları və şagirdləridir.
Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə böyükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədəbiy-yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya-radan türkmən şairlərindən Bayram xan Baharlı və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir. Nəhayət, o, türkmən ədəbiyyatında ilk tərcüməçi-lərdən biridir.
Nurməhəmməd Əndəlibin həyatı haqqında əldə dəqiq məlumat yoxdur. Son dövrlərdə aparılan tədqiqatlar nəticəsində onun 1660-cı ildə Daşoğuz vilayətinin İlanlı bölgəsinin Qaramazı kəndində anadan olduğu təsbit edilmişdir.
Şair 1740-cı il-də 80 yaşında vəfat etmişdir.
Əndəlib amansız bir xəstəliyə tutulduğu için təbdili-iqlim məqsədilə özbəklər arasına köçmüs, Ürgəncdə, əsasən də Xivə-də yaşamışdır. O, "Risaleyi-Nəsimi" poemasının giriş qismində həyatı, doğulduğu və yaşadığı yer, habelə təxəllüsü haqqında kiçik bilgilər vermişdir:
Adım idi Nurməhəmməd Qərib, Sözdə təxəllüsüm idi Əndəlib.
Şəhrimiz Urgənc – vilayət idi, Xanımız Şirqazi himayət idi.
Əsli-məkanım ki Qaramazıdır, Adəmi işrətdə qışı-yazıdır.
Bil ki, Qaramazı bizim cayımız, Zikri-xuda eşq ilə dilxahımız…
Barça xəlayiq içində bəd işim, Yetdi əlli beşə mənim bu yaşım.
Şair öz əsərlərini Əndəlib təxəllüsü ilə yazmışdır. Rəvayə-tə görə, o, gəncliyində Gül adlı bir qızı sevmiş, ona nisbət olsun deyə özünə Əndəlib, yəni "Bülbül" təxəllüsünü seçmişdir. Adının tərkibindəki Qərib sözü isə doğma vətəndən, el-obadan uzaqda yaşamasına işarədir. Şeirlərində özünü Əndəlibi-binəva, Əndəlibi-zar, Əndəlibi-bəlakeş adlandırması həyatının məşəq-qət içində keçdiyini göstərir:
Gahi xərabatda işim, gah fəğan, Külbeyi-əhzan idi gahi məkan.
Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə elə bir ciddi məlumat yoxdur. Ancaq əsərlərindən anlaşıldığına gö-rə, o çox mükəmməl təhsil almış, Şərq poeziyasını, onun bədii ifadə vasitələrini dərindən mənimsəmiş, ərəb, fars, tacik dillərini də yaxşı öyrənmişdir. Şairin "Şahnamə"ni tərcümə etməsi barədə bəzi məxəzlərdə bilgi verilir. Təəssüf ki, bu tərcümə in-diyədək tapılmamışdır. Əndəlibin bir sıra şairlərin əsərlərinə nə-zirə yazması onu göstərir ki, o, klassik Şərq şeirini ciddi mütaliə etmiş, söz sənətinin bütün incəliklərinə yiyələnmişdir.
Əndəlibin zəngin poetik irsinin çox az qismi bizə gəlib çatmışdır. Hazırda əlimizdə onun səkkiz qəzəli, bir neçə mü-rəbbəsi, müxəmməsi və müsəddəsi, bəzi başqa şeirləri var. Bunlar sayca az olsalar da, janr və məzmunca çox əlvan, bədii cəhətdən isə çox mükəmməl əsərlərdir. Əndəlib sənətinə dərin ehtiram bəslədiyi Nəvainin on yeddi, Füzulinin iki, Vəfai, Übeydi, Həbib və Caminin birər qəzəlinə təxmis, Nəvainin bir qəzəlinə təsmin, Məşrəbin bir qəzəlinə və bir mürəbbəsinə təz-min yazmışdır. Onun qələmə aldığı təzmin, təxmis və təsminlər ən yüksək poetik səviyyədədir, orijinallarından əsla geri qalmır. Bu, Əndəlibin parlaq istedadından xəbər verir.
Onun sənətinə hörmət əlaməti olaraq özbək şairləri Müxlis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yazmışlar. Beləliklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqələrin inkişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Caminin on bir qəzəlini türkmən dilinə eyni ilhamla tərcümə etmişdir.
Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şair-lərə də nümunə olmuşdur. Onun "Risaleyi-Nəsimi", "Oğuzna-mə", "Səəd Vəqqas" və "Qisseyi-firon" adlı dörd poeması var. Əndəlibin "Oğuznamə"si digər oğuznamələrlə məzmun etibarilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də müşahidə edilir, yəni burada şairin orijinal dəst-xətti, bədii üslubu və təhkiyəsi özünü göstərir. Əndəlibdə Oğuz xanın türk cahan hakimiyyəti uğrunda mübarizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta eyni detallarda belə bəzi fərqlər görmək mümkündür. Oğuz xanın ölü-münə şairin mərsiyəsi onun ən orijinal tərəfidir.
Əndəlib "Risaleyi-Nəsimi" poemasında məşhur şair İma-dəddin Nəsiminin parlaq obrazını yaratmışdır. "Səəd Vəqqas" və "Qisseyi-firon" adlı poemalar dini səciyyəli əsərlərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və dövlət xadimi, öz səxavəti və xeyirxahlığı ilə əfsanəvi şöhrət qazanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və comərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur. "Qisseyi-firon" isə yəhudi peyğəmbəri Musanın doğulması və zülmkar Misir fironunu devirməsi haqqındadır.
Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rəvayətləri, xalq hekayələrini nəzmə çəkmiş, onları ədəbi cəhət-dən cilalamış, süjet xəttinə əl gəzdirmiş, şeirlərini yenidən iş-ləmişdir. Bunlar "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Baba Rövşən" və "Zeynal Ərəb" dastanlarıdır. Başqa bir mə-lumata görə, "Mirzə Həmdəm" dastanı da ona məxsusdur.
Bu dastanlardan ikisi, daha doğrusu, "Leyli və Məc-nun"la "Yusif və Züleyxa" eynən Azərbaycan versiyası ilə səsləşir və bizə məlum olan məzmundadır. Şairin dini-mənqibəvi səciyyə daşıyan "Baba Rövşən" və "Zeynal Ərəb" dastanları isə bizdə bilinmir və aşıqlarımızın dastan repertuarında yoxdur. Şairin dastanlarının hamısı süjet və sənətkarlıq baxımından çox mükəmməl, şeirləri isə çox gözəldir.[1]
2011-ci il Əndəlibin 350 illik yubileyi ili idi. Bu münasibətlə Türkmənistanın müxtəlif şəhərlərində bir sıra yubiley tədbirləri, təntənəli mərasimlər keçirildi. 10 – 12 mart tarixlərində isə şairin vətəni Daşoğuzda Türkmənistan Elmlər Akademiyasının və Daşoğuz vilayət icra hakimiyyətinin birgə əməkdaşlığı ilə Əndəlibə həsr olunan beynəlxalq elmi konfrans təşkil edildi. Ramiz Əskər bu yubileyə töhfə olaraq Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar, dastanlar" (Bakı, 2011, 292 s.) adlı kitabını Azərbaycan dilində nəşrə hazırladı. Şairin burada verilən şeirləri həmin kitabdan alınmışdır.[2]
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Nurməhəmməd Əndəlib, Şeirlər, poemalar, dastanlar, Bakı, 2011, 292 s.