Odla qol-boyun (film, 2002) — Vikipediya
Odla qol-boyun | |
---|---|
Fayl:Odla qol-boyun (film, 2002).jpg | |
Janr | dram |
Rejissor | Mirbala Səlimli |
Ssenari müəllifləri | Mirbala Səlimli Vaqif Aslan |
Baş rollarda | Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana |
Operator | Kənan Məmmədov |
Rəssam | Adil Azay |
İstehsalçı | "Debüt" Studiyası |
İlk baxış tarixi | 2002 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 28 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2002 |
Texniki məlumatlar | 3 hissə 800 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | vikimətni redaktə et]Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir.
Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır.
Film haqqında
[redaktə | vikimətni redaktə et]Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi)
- Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan
- Quruluşçu operator: Kənan Məmmədov
- Quruluşçu rəssam: Adil Azay
- Səs operatoru: Əsəd Əsədov
- Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi)
- Rejissor: Arzu Urşan
- Operator: Tərlan Babayev
- Montaj: Gülşən Səlimova
- Qrim: Babək Rüstəmov
- Filmin direktoru: Arif Səfərov
- Bədii rəhbər: Eldar Quliyev
Rollarda
[redaktə | vikimətni redaktə et]- Sevinc Hüseynli — gəlin
- Tural Ağayev — Kamran
- Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə
- Abbas Qəhrəmanov — təzəbəy
- Firəngiz Babayeva — ana
- Xanlar Həşimzadə — Pişton
- Zahid Mustafayev — qayınata
- Qənirə Məmmədova — qayınana
- İlahə Rzayeva — nəvə
- Əbülfəz Salahov
- Sima Şabanova (S.Şabanova kimi)
- R.Xəlilməmmədov
- V.Rəhimova
Filmi səsləndirən
[redaktə | vikimətni redaktə et]- Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur)
Sponsor
[redaktə | vikimətni redaktə et]Çəkilişə köməklik edən qurum
[redaktə | vikimətni redaktə et]- Şəki Şəhər Elektrik Şəbəkəsi
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320; 379.