Optik cihazlar — Vikipediya
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar.
Təsvirin təkmilləşdirilməsi
[redaktə | mənbəni redaktə et]İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir.
Analiz
[redaktə | mənbəni redaktə et]İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir:
- İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür
- Fotometr — işığın intensivliyini ölçür
- Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür
- Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür
- Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür
- Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür
- Avtokollimator — bucaq sapmalarını ölçür
- Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur
DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər.
Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.