Osmos təzyiqi — Vikipediya
Osmos təzyiqi — Vant-Hoff (1887) qanunu ilə xarakterizə olunur.
Diffuziya
[redaktə | vikimətni redaktə et]Həll olan maddə hissəciklərinin təmiz həllediciyə və əksinə, su molekullarının məhlula keçməsi hadisəsi diffuziya adlanır. Aralarında diffuziya hadisəsi müşahidə edilən müxtəlif qatılığa malik iki məhlul və ya məhlul ilə saf həlledici arasında su molekullarını özündən buraxan, lakin həll olan maddə molekullarını buraxmayan yarımsızdırıcı arakəsmə qoyularsa (yarımsızdırıcı arakəsmə üzvi və qeyri-üzvi mənşəli ola bilər) bir tərəfli diffuziya baş verər. Yəni, yalnız su molekulları məhlula keçə bilir. İlk dəfə 1748-ci ildə müşahidə edilən bu proses osmos adlandırılmışdı.
Osmos prosesinin təcrübi izahı
[redaktə | vikimətni redaktə et]Arakəsmə ilə iki yerə bölünmüş qabın bir hissəsinə məhlul, o biri hissəsinə su tökülür. Təcrübənin əvvəlində hər iki mayenin səviyyəsi eyni olur.Osmos prosesinə əsasən su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində müəyyən müddətdən sonra məhlulun səviyyəsi müəyyən dərəcədə qalxır; suyun səviyyəsi isə müvafiq surətdə aşağı düşür. Su molekullarının arakəsmədən məhlula keçməsi nəticəsində yaranan təzyiq, osmos təzyiqi adlanır. Suyun məhlula keçməsi və bunun nəticəsində məhlulun səviyyəsinin artması müəyyən həddə qədər, yəni məhlul sütununun hidrostatik təzyiqinin osmos təzyiqi ilə bərabərləşməsinə qədər davam edə bilər. Osmos təzyiqi məhlulun qatılığıartdıqca artır. Bu vaxt arakəsmədən keçən suyun miqdarıda artır və məhlulun səviyyəsi daha çox qalxır. Osmos təzyiqinə temperatur həmçinin müsbət təsir göstərir. Həqiqi məhlullar kimi kolloid məhlula da kolliqativ xassələrə malikdirlər. Bu xassələrə misal olaraq doymuş buxar təzyiqinin məhlul üzərində azalmasını, məhlulun qaynama temperaturunun artmasını, donma temperaturunun azalmasını, osmos təzyiqini misal göstərmək olar. Eyni analitik qatılıqlı kolloid məhlullarda hissəciklərin vahid həcmdəki sayları həqiqi məhlula nisbətən az olduğundan kolloid məhlullarda uyğun kəmiyyətin qiyməti xeyli kiçik olur.
Məs: Saxaroza və qızıl hidrozolunun qatılığı 10q/l olan məhlulları üçün Osmos təzyiqinin qiyməti 7250 Pa və 45 Pa-dır.
Vant-Hoff qanunu
[redaktə | vikimətni redaktə et]Osmos təzyiqi Vant-Hoff qanunu ilə xarakterizə olunur. Məhlulun osmos təzyiqi onda həll olan maddənin qaz halında məhlula müvafiq həcm və temperaturda törətdiyi təzyiqə bərabərdir. Buna əsasən vant-Hoff qanunu riyazi surətdə qaz halının Klapeyron-Mendeliyev tənliyi ilə ifadə olunur.
Osmos təzyiqi aşağıdakı tənliklərlə hesablanır:
πV=νRT
ν=N/NA
Olduğundan
π=N/V·RT/NA
olar.
Gördüyümüz kimi, Osmos təzyiqi vahid həcmdə olan hissəciklərin sayı ilə düz mütənasibidir. Müxtəlif maddələrin (məsələn, kauçuk, sellüloza, zülallar və s.) molekul çəkisinin təyinində istifadə olunur.
Osmos təzyiqinin qiyməti
[redaktə | vikimətni redaktə et]Osmos təzyiqinin qiyməti molyar qatılıqdan asılı olduğu üçün o əsilində məhlulun vahid həcmdə olan hissəciklərinin sayından asılı olmalıdır. Vahid həcmdə belə hissəciklərin sayı çox olduqda, osmos təzyiqidə artmalıdır. Buna əsasən molyar qatılıqları eyni olan məhlulların eyni həcmdə eyni sayda hissəcikləri olduğundan osmos təzyiqləri də eyni olmalıdır. Eyni osmos təzyiqinə malik olan məhlullara izotonik məhlullar deyilir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.