Çanaqlı xərçənglər — Vikipediya

Çanaqlı xərçənglər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Sinifüstü:
Sinif:
Çanaqlı xərçənglər
Beynəlxalq elmi adı

Çanaqlı xərçənglər (lat. Ostracoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi.

Ümumi xrakteristikası

[redaktə | mənbəni redaktə et]

Çanaqlı xərçənglər və ya ostrakodlar yanlardan sıxılmış, ikitaylı çanaqla örtülü, 7 cüt çıxıntıdan (antenna, çənələr və ayaqlar), üst çənədə yerləşən ayağabənzər qısqaclardan, böyük alt çənədən və buğumsuz qısa qarından ibarət canlılardır. Ağız hissə üst dodaq, güclü üst çənədən ibarətdir. Həzm kanalı qida borusu, ön mədə, mədə və bağırsaqdan iarətdir. Bağırsağın sonunda arxa çıxışdəliyi yerləşir. Tənəffüs prosesində bütün bədən iştirak edir. Bu sinifin nümayəndələrinin ayaq hissəsində qəlsəmə kisələri yoxdur. Bəzi Cyprinidae nümayəndələrində kisəvəbənzər ürək vardır. Bəzilərində (məsələn, Cypris) qan dövranı yoxdur.[2]

Ostrakodlar müxtəlifcinsli canlılardır. Erkəklər daha inkişaf etmiş hissiyyat orqanlarına və ətraflara malikdir. Bu dişi fərdləri tutub saxlamaq üçündür.

Erkək cinsiyyət orqanları cüt formada olub hər iki tərəfdə cinsiyyət vəzilərindən ibarət bir neçə kisəcikdən, toxum kanalından və mürəkkəb cütləşmə orqanı yerləşir.Cypris cinsinin nümayəndələrində bu orqanın ölçüləri xeyli böyükdür.

Dişi fərdlərdə abdomenin əsasında 2 yumurtalıq, 2 yumurta borusu, 2 toxum qəbuledicisi, 2 cinsiyyət dəliyi yerləşir. Cypris cinsinin nümayəndələrində partenogenez mövcuddur.[3]

Ostrakodlar, əsasən, yumurta ilə çoxalırlar. Yumurtalar ya suya (su bitkilərinə yapışır) su bitkilərinin qoyulur, ya da ya çıxanadək dişi fərlərin bədənində qalır. Bəzi növlərdə inkişaf prosesi mürəkkəb metamorfozla gedir. Dəniz növlərində inkişaf prosesi sadədir.

Bütün ostrakodlar su canlıları olub, əsasən, ölmüş su heyvanlarının qalıqları ilə qidalanır.

Yarımsinif və dəstələri

[redaktə | mənbəni redaktə et]
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. "Çanaqlı xərçənglər (Ostracoda) sinfi". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
  3. "Çanaqlı xərçənglər (Ostracoda) sinfi". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.