Paşa Əfəndiyev — Vikipediya

Paşa Əfəndiyev
azərb. Paşa Şərif oğlu Əfəndiyev
Doğum tarixi
Doğum yeri İlisu, Qax rayonu, Azərbaycan SSR
Elm sahələri Filologiya elmləri doktoru, professor
Təhsili

Paşa Əfəndiyev — filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi.

Paşa Şərif oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. 1946-cı ildə orta məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qırmızı diplomla bitirmişdir.

1954-cü ildə «Koroğlu» Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır» mövzusunda namizədlik dissertasiyasını, 1974-cü ildə «Azərbaycan folklorşünaslığının tarixi» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləmişdir.

Aşıq Molla Cümə yaradıcılığının ilk araşdırıcısı olmuşdur.

30-dan çox monoqrafiya və dərsliyin, 200-dən artıq elmi məqalənin müəllifidir[1].

14 folklorşünas, 11 elmlər namizədi, 4 elmlər doktoru, professor hazırlamışdır.

  • “C.Cabbarlı və xalq yaradıcı-lığı”. Bakı, Yazıçı, 1985;
  • “S.Vurğun və xalq yaradıcılığı”. Bakı, Yazıçı, 1992.
  • Azərbaycan şifahi xalq ədəbiyyatı: Ali məktəb tələbələri üçün dərslik. Bakı, "Maarif", 1992.
  • “Azərbaycan folklorşünaslığının tarixi”, 2006.
  • Azərbaycan folklorşünaslığının problemləri V. Bakı, "Elm və təhsil", 2011. - 336 səh.

Atası Əfəndiyev Şərif Müslüm oğlu 45 ilin maarif xadimi, Əməkdar müəllim olub. Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və başqa medallarla təltif olunub.[2]

  1. "AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ". 2012-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-15.
  2. Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-31.