Park (film, 1983) — Vikipediya

Park
Janr dram
məhəbbət
Rejissor Rasim Ocaqov
Ssenari müəllifi Rüstəm İbrahimbəyov
Baş rollarda Fəxrəddin Manafov(Fərhad Manafov kimi)-Marat
Qalina Belyayeva-Vika
Mikayıl Kərimov-Dost
Stanislav Sadalski-Kamil
Abbas Kazımov-Mirzə
Aleksandr Kalyagin-Gena
Qalina Polskix-Matiss
Məbud Məhərrəmov-Alik
Tofiq Şabanov-Vaqif
Həsənağa Turabov-İdarə rəisi
Operatorlar Rafiq Qəmbərov, Yuri Vorontsov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Fikrət Bağırov
İstehsalçılar Azərbaycanfilm
"Lenfilm" kinostudiyası
İlk baxış tarixi 30 yanvar 1984
Filmin növü tammetrajlı bədii film
Müddət 77,5 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Rusiya Sovet Federativ Sosialist Respublikası Rusiya SFSR
Dil azərbaycanca
Texniki məlumatlar 8 hissə
2206 metr
genişekranlı
35 mm
"Svema" kinolenti(Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri Bakı
Sankt-Peterburq, Rusiya
IMDb ID0290021

Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir...

Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur.

Film aktyor Ruslan Nəsirovun kinoda ilk işidir.

Film üzərində işləyənlər

[redaktə | vikimətni redaktə et]
Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor: Rasim Ocaqov
Quruluşçu operatorlar: Rafiq Qəmbərov (Rafiq Qənbərov kimi), Yuri Vorontsov
Quruluşçu rəssam: Fikrət Bağırov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Vladimir Savin
Rejissor: Ramiz Əliyev
Operator: Nemət Rzayev
Qrim rəssamları: Elbrus Vahidov, K. Pilyavski
Montaj edən: S. Qədimova
Geyim rəssamı: L. Moşkina
Dekor rəssamı: M. Suzdalov
Rejissor assistentləri: Zəfər Murtuzov, Q. Kallinskaya Maarif Məhərrəmbəyli
Operator assistentləri: Aydın Mustafayev, V. Romanov, V. Ağacanov
Rəssam asistentləri: A. Məmmədov, Y. Kirşner
Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor: K. Krimeç
Redaktor: A. Bessmertina, Nadejda İsmayılova
Filmin direktoru: Gennadi Lapşuk, Davud Zöhrabov
Fəxrəddin Manafov(Fərhad Manafov kimi)-Marat
Qalina Belyayeva-Vika
Mikayıl Kərimov-Dost
Stanislav Sadalski-Kamil
Abbas Kazımov-Mirzə
Aleksandr Kalyagin-Gena
Qalina Polskix-Matiss
Məbud Məhərrəmov-Alik
Tofiq Şabanov-Vaqif
Həsənağa Turabov-İdarə rəisi
Tahir Yaxın (Tahir Yaxin kimi)-"Kroşka"
Tamara Urjumova-Maratın anası
Natəvan Məmmədova-Qız
Ruslan Nəsirov-Marat (uşaq)
Xəzri Rəhimov-Rüfət (uşaq)
Maksim Şvedov-Yurka
İ. Əkbərov
Nadir Əzməmmədov
V. Voynova
Tərlan Qorçiyev
Rafiq Kərimov
Cavan Zeynallı-Müğənni
Y. Kovalenko
Ötkəm İsgəndərov-Səfər
Nikolay Kuzmin
Dadaş Kazımov-Fəhlə-neftçi
Fikrət Məmmədov-Maratı döyən
Muxtar Maniyev-Qonşu
Rafiq Əliyev (II)-Maratın dostu (titrərdə yoxdur)
Elbrus Vahidov-Rəqs edən (titrərdə yoxdur)

Filmi səsləndirənlər

[redaktə | vikimətni redaktə et]
Ramiz Məlikov-Maratı döyən (Fikrət Məmmədov) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Maratın anası (Tamara Urjumova) (titrlərdə yoxdur)
Rasim Balayev-Dost (Mikayıl Kərimov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Kamil (Stanislav Sadalski) (titrlərdə yoxdur)
Zemfira Sadıqova-Katibə (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Mirzə (Abbas Kazımov) (titrlərdə yoxdur)
Pərviz Bağırov-Nəzarətçi (titrlərdə yoxdur)
Səməndər Rzayev-Gena (Aleksandr Kalyagin) (titrlərdə yoxdur)
Sofa Bəsirzadə-Genanın anası (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva-Matiss (Qalina Polskix )(titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Alik (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Sevda (titrlərdə yoxdur)
Sona Mikayılova-Vika (Qalina Belyayeva) (titrlərdə yoxdur)

Festivallar və mükafatlar

[redaktə | vikimətni redaktə et]
1)1984-cü ildə Kiyevdə XVII Ümumittifaq kinofestivalı
  • Filmə təşkilat komitəsinin Diplom və Prizi verilmişdir.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Filmin musiqisi

[redaktə | vikimətni redaktə et]
Musiqi-1