Petra — Vikipediya

Petra
Xəritə
30°19′44″ şm. e. 35°26′25″ ş. u.HGYO
Ölkə
Yerləşir Məan mühafəzəsi[d]
Tikilmə tarixi e. ə. 800
Sahəsi
  • 26.171 ha
Rəsmi sayt visitpetra.jo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı.

Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır.

Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır.

Petra Nəbatilərin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O Fars körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.

Petra mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]

İordaniyanın Lut gölü ilə Akabə körfəzi arasındakı bu şəhər, e.ə. 400-cü ildən eramızın 106-cı ilinə kimi Nəbatilərin paytaxtı olmuşdur.

Roma imperiyasının işğalından sona eramızın IV əsrində itən şəhər, əsrlər sonra 1812-ci ildə isveçrəli səyyah olan Johann Burkhardt tərəfindən kəşf edilmişdir. Petra UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Kanadalı sinematoqraf Den Gibson gerçək Kəbənin Petrada olduğunu iddia etmiş[1] və bu haqda sənədli film çəkmişdir.

Arxeoloji qazıntılar

[redaktə | vikimətni redaktə et]

Petrada 1958-ci ildə Qüdsdəki Britiş Arxeologiya Məktəbi və Amerika Şərq Araştırmaları Mərkəzi tərəfindən arxeoloji qazıntılar aparılmışdır.[2] Daha sonra Petrada 2010–11-ci illər arasında Braun Universiteti tərəfindən arxeoloji araşdırmalar aparılmışdır. Petrada aparılmış arxeloji araşdırmalarda bəzi faktlar üzə çıxmışdır. Belə ki, Petranın, bəhs olunan araştırmadaki arxeoloji xronologiyasına görə Dominant Roma dövründən (IV–V əsrdən) "Orta İslam Dövrü"nə qədər (VIII əsrin əvvəli) Petrada yaşayışın olmadığı, Petranın tamamı ilə boş olduğu müəyyənləşmişdir.[1] Eyni araşdırmada Aqbər bütpərəstlərindən ibarət olan Petra şəhərinin xristian Roma (Bizans) tərəfindən (395–800) soyqırımına məruz qaldığı məlum olmuşdur.[1]

Qardaşlaşmış şəhərlər

[redaktə | vikimətni redaktə et]


  1. 1 2 3 "Dan Gibson'ın Mekke-Petra İddialarına Dair". YİNEDERGİ. 2025-02-12 tarixində arxivləşdirilib.
  2. "Petra". Britannica. 2025-02-12 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]