Peyk (Salyan) — Vikipediya
Peyk | |
---|---|
39°49′43″ şm. e. 49°05′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Foto məlumatlar
[redaktə | mənbəni redaktə et]Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine
Tədbirlər
[redaktə | mənbəni redaktə et]Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu
Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin]
Bələdiyyə
[redaktə | mənbəni redaktə et]Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az (az.)
Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |