Pir Ömər — Vikipediya

Pir bəy Ömər
1410 – 1420
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Ərzincan

Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi.

Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcanİspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi.[1] Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi.[2]

Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.[2]

Münasibətlərin sabitliyi isə 1420-ci ildə Qaraqoyunluların Kəmax qalasına hücumları ilə başladı. Kəmax qalasına Osman bəyin oğlu Yaqub bəy hakimlik edirdi. Pir Ömər 1420-ci idə ordusu ilə Kəmax qalasına hücuma keçdi. Qaraqoyunlu ordusu Kəmax qalasını ələ keçirə bilməsə də, Yaqub bəyin başçılıq etdiyi Ağqoyunluları məğlub etdi. Döyüşdə Yaqub bəy Pir Ömər tərəfindən əsir alındı. Pir Ömər Yaqub bəyi Təbrizə göndərdi.[3]

Pir Ömər Qara Yuluq Osmandan gözlənilən hücumun qarşısını almaq üçün Qara Yusifdən kömək istədi.[4] Qara Yusif Bayram bəyin başçılığı ilə 20 minlik qoşunu Pir Ömərə kömək üçün göndərdi. Bayram bəyin qüvvələrinin Van gölünün şimalındakı Aladağ yaxınlığına çatdığından xəbər tutan Osman bəy isə Pir Ömərin Bayram bəyin qüvvələri ilə birləşməsinin qarşısını almaq üçün əlindəki bütün qüvvələri ilə Pir Ömərin üzərinə hücuma keçdi. Baş vermiş şiddətli toqquşmada Pir Ömərin ordusu məğlub oldu və öldürüldü. (iyul-avqust 1420).[5]

  1. İ. Erdem, Akkoyunlu Devleti’nin Kurucusu, s. 103.
  2. 1 2 K. Y. Kopraman, Mısır Memlûkleri Tarihi, s. 193.
  3. Metin Sözen, Anadolu’da Akkoyunlu Mimarisi, s. 361.
  4. Tihrânî, Diyârbekriyye, C. I, s. 69, s. 54.
  5. J. E. Woods, Akkoyunlular, s. 88.
  • İlhan Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu Kara Yülük Osman Bey’in Hayatı ve Faaliyetleri", Dil Tarih Coğrafya Fakültesi Dergisi , XXXIV/1–2, Ankara, 1990Metin
  • Sözen,"Anadolu’da Ak Koyunlu Mimarisi", Türkmen Akkoyunlu İmparatorluğu, (Haz. N. Aygün Akkoyunlu, Dr. Adil Şen), Ankara, 2003.
  • J. E. Woods. Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. Çev. Sibel Özbudun. İstanbul: Milliyet yayınları, 1993.
  • Ebû Bekr-i Tihrânî, Kitâb-ı Diyârbekriyye, C. I–II, ner. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001.
  • K. Yaşar Kopraman, Mısır Memlükleri Tarihi: Sultan el- Melik el- Mü’eyyed Şeyh el- Mahmud Devri (1412–1421), Ankara, 1989.