Pireney yarımadası — Vikipediya

Pireney yarımadası
es/Península Ibérica
Kosmosdan görünüşü
Kosmosdan görünüşü
Ümumi məlumatlar
Sahəsi 582 860 km²
Yerləşməsi
40°18′ şm. e. 03°43′ q. u.HGYO
Akvatoriya Biskay körfəzi, Atlantik okeanı, Aralıq dənizi
Ölkələr
Pireney yarımadası xəritədə
Pireney yarımadası
Pireney yarımadası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Avropa xəritəsində Pireney yarımadası. İspaniyaPortuqaliya sərhədləri qeyd olunub.

Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, CəbəllütariqFransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada. Şərq və cənub-şərqdən Aralıq dənizi, şimal, qərb və cənub-qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Yarımadanın şimal hissəsi Biskay körfəzinin sahilində yerləşir. Şimal-şərqindən Pireney dağları keçir və yarımadanı Avropanın qalan hissəsindən ayırır. Sahəsinə görə (582 860 km²) Avropada ikinci ən böyük yarımadadır.