Plüralist demokratiya — Vikipediya
Plüralist demokratiya (nisbi demokratiya) əksəriyyətin mütləq suverenliyini rədd edən demokratiya anlayışıdır, azlığın siyasi və mədəni hüquqlarının qəbul edilməli olduğunu və azlığın da bir gün çoxluq ola bilməsi hüququnun verilməsini müdafiə edir.
Demokratiyanın inkişafı prosesində çoxluğun dövlət idarəçiliyindəki qərarlarının mütləq olması və azlıqların hüquqlarını məhdudlaşdıra biləcəkləri narahatlığı plüralist demokratiyanı ortaya çıxarmışdır. Azlıqda olanların və ya müxalifətdə olanların qorunması və fikirlərini heç bir təzyiq olmadan, sərbəst şəkildə ifadə etməsi plüralist demokratiya üçün vacib olan şərtdir.[1] Plüralist nəzəriyyədə, hakimiyyətin bölüşdürülməsi dövlətin tələsik və düşünmədən qərarlar qəbul edərək hərəkət etməsinə mane olur və eyni zamanda da əhəmiyyətli və böyük güc mərkəzlərinin razılığı olmadan hər hansı bir tədbir görülməsinin qarşısını alır.[2]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]- İcra hakimiyyətinin güclü və geniş partiya koalisiyası tərəfindən həyata keçirilməsi
- Qüvvələrin bölünməsi prinsipi
- Hakimiyyətin bölüşdürülməsi
- Çoxpartiyalı sistem
- Yarı nümayəndəlik sistemi
- Yazılı konstitusiya ilə hökumət səlahiyyətlərinin dəqiq məhdudlaşdırılması.
- İki palatalı parlament modeli[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Andaolu Üniversitesi" (PDF). 2007-09-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
- ↑ "Kennet Janda". 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
- ↑ "Efe Kınıkoğlu, Lijphart". 2006-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.