Plasebo effekti — Vikipediya

Plasebo effekti – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti.

Boş dərmanların (plasebonun) müalicəvi effektini biz ənənəvi olaraq özünütəlqinlə izah edirik: hər üçüncü pasientə yüngülləşmə gətirir. Miçiqan Universitetinin alimləri doktor Con-Kar Zubietanın rəhbərliyi ilə aydınlaşdı ki, bu belə deyil. Journal of Hevroscience onların tədqiqatlarının nəticələrini dərc etdi.

Aşkar olunmuşdur ki, plasebonun müsbət təsirinin gözlənilməsi kimyəvi mexanizm yaradır: beynimiz endorfin (ağrını yatıran və sakitləşdirici effekt daşıyan təbii birləşmə) istehsal etməyə başlayır.

Nəticədə ağrı həqiqətən də azalır. İndi alimlər öyrənməyə çalışırlar ki, niyə plaseboya hamıda eyni reaksiya olmur?(z.c)

Plasebo effekti yaratmış hadisələr:

Hadisə № 1

Maşınqayırma fabrikində bir fəhlə öz yoldaşı ilə zarafat etmək üçün dəmir disklərinin birini rezin disklə əvəz edir, lakin onun dəmirdən seçilməməsi üçün onu həmin rəngdə rəngləyir. Lakin, zarafatın sonu dostunun ölümü ilə bitir. Belə ki, iş zamanı rezin disk sürüşür və fəhlənin başına dəyir. Fəhlə elə bilir ki, disk həqiqətən də dəmirdəndir və onun ürəyi bu qorxudan dayanır. Ən qəribəsi odur ki, həqiqətən də fəhlənin başında qalan iz dəmir diskdən zədələnmiş formada idi. Fəhləni öldürən disk özü olmamışdı, bu haqda fikri olmuşdu.

Hadisə № 2

Orta əsrlərdə, fərqli düşünən insanlara qarşı inkvizisiya tətbiq olunurdu. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onların hamsını edam etməyə zaman olmurdu. Bunun üçün belə bir üsuldan istifadə edirdilər: əslində tərkibi təbaşir tozundan olan məhlulu dustaqlara içirdirdilər və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də insanlar tezliklə ölürdülər . Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə aşkar edilmişdir. Yəni mədəaltı vəzi özü lazımı zəhəri hazırlamışdı.

Hadisə № 3

Pis sonluqlu hadisələrdən keçək müsbət sonluqlu hekayələrə.

Almaniyada vərəm dispanserində belə bir şayiə yayılmağa başlandı ki, bir qrup alim vərəmi sağaldan mövcüzə dərman hazırlayıblar. Bir müddət dərmanın üstünlükləri haqqıda danışıldı. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90% sağalmağa başladı. Əslində isə heç bir möcüzəli həb icad edilməmişdi–onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.

Hadisə № 4

ABŞ, 50-ci illər. Belə bir eksperiment haqqında şayiələr yayılmağa başlandı. 100 nəfərdən ibarət iki qrup yaşlı insan toplanıldı. Bir qrupa deyildi ki, onlara xüsusi həblər veriləcək, bu həb sizdə yüksək əhvali-ruhiyyə yaradacaq, enerjinizi artıracaq. Digər qrupa deyildi ki, sizə bir həb veriləcək, o, sizə yuxu gətirəcək, əsəbləriniz sakitləşəcək, halsızlıq yaradacaq.

Təxmin etdiyiniz kimi hər iki qrupa eyni həblər verilmişdi, lakin bu həblər fərqli reaksiyalar yaratdı. İşin sirri budur ki, insanlara öncədən baş verəcək hadisələrin proyektini təlqin edirlər və insanlar da buna uyğun reaksiyalar yaradır. Düzdür, elə qrup insanlar var ki, buna tabe olmur.