PlayStation 2 — Vikipediya

PlayStation 2- nin rəsmi logosu
PlayStation 2

PlayStation 2 (PS2) - PlayStation-dan sonra Sony Computer Entertainment-in istehsal etdiyi ikinci videooyun konsolu. Hazırlanması 1999 ilinde başlanılan konsol, ilk dəfə 2000-ci il Martın 4-də Yaponiyada satışa çıxarılmışdır. Başlıca rəqibləri Sega-nın Dreamcast, Microsoft-un Xbox və Nintendo-nun GameCube-u idilər. Qısa vaxtda hər kəs tərəfindən bəyənilmişdir. PlayStation 2 çıxışından etibarən bu vaxta qədər təxminən 153,19 milyon ədəd satılmış, və bununla da dünyanın ən çox satılan oyun konsoluna çevrilmişdir. Qalın və incə olaraq iki ayrı görkəmdə satılır.

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi Prosessor: 294,912 Mhz tezlikdə (yeni slim versiyalarda 299Mhz) işləyən 64-bitlik Emotion Engine
  • Sistem yaddaşı: 32 mb Rambus və ya RDRAM
Yaddaşın sürəti: saniyədə 3,2 qiqabayt
  • Video prosessor: 147,456 Mhz tezlikdə işləyən "Qrafik Sintez"
Video çıxış: 256x224 pikseldən 1280x1024 pikselədək

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • PSOne oyunlarını işlətmə
  • Online oyun xüsusiyyəti
  • Musiqi CD-lərini oxutma
  • DVD filmləri oynatma
  • Optic dijital çıxışından HI-FI bağlantısı quraraq Dolby Digital 5.1 ve DTS 5.1 səs dəstəyi (Bu səs dəstəyi daha çox DVD filmlərə baxanlar üçün nəzərdə tutulub)
  • Component kabel köməyilə (oyunun da dəstəkləməsi şərtilə) Progressive Scene xüsusiyyəti (ayrıca satılır)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]