Plutarx (Afinalı) — Vikipediya
Plutarx | |
---|---|
q.yun. Πλούταρχος ὁ Ἀθηναῖος | |
Doğum tarixi | 350 |
Doğum yeri | |
Vəfat tarixi | 430-cu illər |
Vəfat yeri | |
Fəaliyyəti | filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina, Axeya – 430-cu illər, Afina, Axeya) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı.
Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır.
Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir.[1]
Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür. O hesab edirdi ki, duyğularla duyulan şeylər bizim hisslərimizi, hisslər isə duyğulardan gələn təsəvvürlərimizi oyadır. Bu təsəvvürlərdə təkcə duyğularla hiss edilmiş şeylər deyil, həm də onların formaları və qəlibləri əks olunur. Duyğusal şeylər düşüncədə həkk olunan zaman orada fantaziya ortaya çıxır. Deməli, fantaziyalar tam mənada obrazlar deyil və onlar duyğu orqanları ilə də hiss edilmirlər.[1]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 273-275. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Лосев А. Ф. История античной эстетики. Том VII Arxivləşdirilib 2022-07-30 at the Wayback Machine. М.: Искусство, 1988, 7-11.