Polikarp Mdivani — Vikipediya

Polikarp Mdivani
gürc. ბუდუ მდივანი
bayraq
Gürcüstan İnqilab Komitəsinin sədri
may 1921 – iyun 1921
bayraq
Gürcüstan SSR yüngül sənaye xalq komissarı
1931 – 1936
Şəxsi məlumatlar
Doğum tarixi 1877
Doğum yeri
Vəfat tarixi 19 iyul 1937(1937-07-19)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilabvətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi.

1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi.

1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi.

İnqilab və Vətəndaş Müharibəsi

[redaktə | mənbəni redaktə et]

Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, BatumiQafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur. Bölgənin bolşevik liderlərindən biri olmuşdur. 1917-ci ildə baş verən Rusiya İnqilabından sonra başlayan vətəndaş müharibəsi zamanı Bolşevik Partiyasının Mərkəzi Komitəsinin Qafqaz bürosunda işləyirdi və 11-ci Ordunun İnqilabi Hərbi Şurasına üzv olaraq, işlədiyi Qafqaz Cəbhəsinə təyin olundu. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının işğalı zamanı vəzifə başında idi.

1920-ci ilin sonunda Türkiyə Böyük Millət Məclisi HökumətiErmənistan Demokratik Respublikası arasında sülh müqaviləsinə vasitəçilik etmək məqsədilə xüsusi səfir olaraq Türkiyəyə göndərildi. 15 dekabr 1920-ci ildə Ankarada Sovet səfiri təyin olunan Mdivani oxşar vəzifəylə TBMM Hökuməti adından Moskvaya getməkdə olan Əli Fuad Paşa ilə Qarsda rastlaşır və hər ikisi rəsmi olaraq vəzifələrinə başlamadan öncə bir görüş keçirirlər. Mdivani 19 fevral 1921-ci ildə Ankaraya gəlir və martın 5-də etimadnaməsini Mustafa Kamala verərək vəzifəsinə rəsmən başlayır. Ancaq bu vəzifədə çox qalmır və sağlamlığının pozulduğunu əsas göstərərək vəzifəsini tərk etməli olur. İyunun 2-də Trabzondan ölkəni tərk edir.[1]

Mdivani qayıdan kimi Stalin və Qriqori Orconikidze ilə birlikdə Qızıl Ordunun Gürcüstanı işğal etməsinin planlaşdırmasında mühüm rol oynayır və yerli menşevik suveren hökuməti ləğv edilir. Lakin Gürcüstan SSR-in qurulması zamanı edilən təzyiqləri gördükdən sonra Mdivani yeni respublikanın Moskvadan muxtariyyət və hətta suverenliyi tələbini irəli sürdü. Zaqafqaziyadaki qədim bölgələrindən bəzilərini Gürcüstandan qoparılmasına səbəb olan torpaq aktlarına qarşı etiraz edirdi. Ölkədə çox populyar olmayan bolşevik hökumətinin hakimiyyətdə qalmasını təmin etmək üçün, siyasi müxalifətə qarşı daha çox tolerantlığı göstərməyə çalışırdı.

Gürcüstan işi

[redaktə | mənbəni redaktə et]

Rus Vətəndaş Müharibəsinin ardından 1922-ci ildə Gürcüstan ərazisində sosializmin tələb etdiyi sosial və siyasi dəyişikliklərin necə yerinə yetiriləcəyinə dair bolşevik liderləri arasında baş verən siyasi münaqişə və onun ardından gələn hadisələr tarixə Gürcüstan işi kimi düşmüşdür.

Gürcü torpaqlarının Qızıl Ordu tərəfindən zorla Sovet rəhbərliyinə verilməsindən sonra gürcü liderləri Filipp Maxaradze və Budu Mdivani ilə onların mərkəzi rəhbərləri olan İosif Stalin və Qriqori Orconikidze arasında fikir ayrılıqları yaşandı. Maxaradze və Mdivani Moskvadan muxtariyyət almaq istəyirdilər, mərkəzi hakimiyyət isə Gürcüstan, Azərbaycan və Ermənistan torpaqlarının bir araya gətirəcək Zaqafqaziya SFSR qurmaq istəyirdi. Ölmək üzrə olan bolşeviklərin əsas lideri Vladimir Leninin məsələyə daxil olması isə məsələni daha mürəkkəb hala gətirdi. Nəticədə Stalin və Orconikidzenin ideyası partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası dəydi və bu vəziyyət Leninin vəsiyyətinin son yazılarında əks olunmuşdur.[2]

Etimadın itirilməsi və sonrası

[redaktə | mənbəni redaktə et]

25 yanvar 1923-cü ildə Siyasi Büronun qərarı əsasında Mdivani işindən azad edilir. Stalinin baş katiblikdən qovulması gündəmdə olarkən, Leninin 9 mart 1923-cü ildə iflic keçirərək şüurunu itirir və siyasi qüvvə daha da Stalinin əlində cəmləşir. Stalin güvənmədiyi Mdivani və digər müxalifətçiləri diplomat kimi başqa ölkələrə göndərirdi. Mdivani 1924-cü ildə Fransada Sovet Ticarət Nümayəndəsi təyin olundu. 1928-də isə Stalin Mdivani da daxil olmaqla Sol Müxalifət nümayəndələrini Sovet İttifaqı Kommunist Partiyasından çıxartdı. Üç il sonra yenidən dövlət vəzifəsinə keçərək, Yüksək Sovnarkxoz sədri, Yüngül Sənaye Xalq Komissarı və Gürcüstan Xalq Komissarları Şurasının baş vəkili kimi müxtəlif dövlət vəzifələrində işləmişdir.

Böyük Təmizlik

[redaktə | mənbəni redaktə et]

Mdivani digər gürcü kommunistlərlə yanaşı 1936–1938-ci illərdə başlayan Böyük Təmizlik dövrünə qədər fəaliyyətini davam etdirsə də, bu dövrdə bir çoxları kimi o da işindən qovuldu. 1937-ci ilin may ayında Mdivani Lavrenti Beriya tərəfindən onu öldürmək və "casusluq, təxribat və terrorçuluq üçün Trotskizm mərkəzi"ni yaratmaqda günahlandırıldı. İyul ayında həbs edildi və NKVD tərəfindən mühakimə olundu. Tiflisdəki Metexi həbsxanasında yoxlamalar zamanı Mdivanini günahını etiraf etməyə dəfələrlə məcbur etsələr də, o, bunu etmədi. Özünü yalnız keçmişdə Stalinə kömək etdiyi üçün günahlandırdı.

Məhkəməsi 9 iyulda qapalı iclasda görülmüşdü.[3] Sovet qəzeti Zarya Vostoka 11 iyul 1937-ci ildə "Xalqın Düşmənlərinə Ölüm" başlıqlı xəbərində, Gürcüstan Ali Məhkəməsinin Mdivani, Okudjava və başqa bir neçə nəfəri vətənə xəyanət və digər inqilabi cinayətlərdən dolayı Cinayət Məcəlləsinin 58-ci Maddəsinə görə təqsirli olduğunu elan etdi.[4]

1937-ci ilin iyun ayında Budu Mdivani güllələndi. Onun oğulları Arçil, Corc, Vano, Devid və qızı Meri və həyat yoldaşı Tsutuniya da eyni şəkildə edam edildilər. Onun digər oğlu Şalva bundan öncə 1933-cü ildə təyyarənin sınağı zamanı vəfat etmişdir.

  1. Benhür, Çağatay (2008). "1920'li Yıllarda Türk-Sovyet İlişkileri: Kronolojik Bir Çalışma" Arxivləşdirilib 2017-08-06 at the Wayback Machine. Türkiyat Araştırmaları Dergisi (Konya: Selçuk Üniversitesi FenEdebiyat Fakültesi Tarih Bölümü): 284–285.
  2. Smith, Jeremy (Mayıs 1998) (İngilizce). The Georgian Affair of 1922. Policy Failure, Personality Clash or Power Struggle?. 50. Europe-Asia Studies. ss. 519–544.
  3. "В. З. Роговин. Партия расстрелянных (Üçüncü operasyona hazırlık)" (rusca). 6 avqust 2017-ci ildə mənbəsindən arxivləşdirildi
  4. Beria: Stalin's First Lieutenant Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine. (ingiliscə) Princeton, New Jersey: Princeton Üniversitetinin nəşri. 1993. ss. 79. ISBN 0-691-01093-5.
  • Орлов А. Тайная история сталинских преступлений.- СПб,1991
  • Торчинов В. А., Леонтюк А. М. Вокруг сталина: историко-биографический справочник.- СПб,2000.
  • 1000 биографий. 2000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]