Pomeraniya voyvodluğu — Vikipediya
Pomeraniya voyvodluğu | |
---|---|
54°11′ şm. e. 18°00′ ş. u.HGYO | |
Ölkə | |
İnzibati mərkəz | Qdansk |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | PL-22 |
Avtomobil nömrəsi | G |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Pomeraniya vilayəti (pol. Województwo pomorskie) — Polşanın şimalında yerləşən vilayətdir. İnzibati mərkəzi və ən böyük şəhəri Qdansk şəhəridir. Əhalisi 30 iyun 2015-ci il siyahıyaalmasına əsasən 2,304,722 nəfər təşkil edir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Müasir Pomeraniya vilayəti 1 yanvar 1999-cu ildə inzibati islahat nəticəsində yaradılıb və Qdansk, Elblong şəhərləri ərazisinə daxil edilmişdir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]1 yanvar 2014 ilinə əsasən vilayətin sahəsi 18 310,34 km² olmuşdur.
Məlumata görə, 31 dekabr 2012-ci ildə Pomeraniya vilayətinin 36,3%-ni təşkil edən meşələr 664,4 min hektar ərazini əhatə edirdi. Meşələrin 9,8 min hektarı milli parkların sərhədləri daxilində yerləşirdi.
İnzibati bölgüsü
[redaktə | mənbəni redaktə et]Pomeraniya vilayətinin sərhədlərinə 16 qraflıq daxildir.
İnzibati bölgünün tarixçəsi
[redaktə | mənbəni redaktə et]Vilayət ərazisinin böyük bir hissəsi Şərq Pomoriyasının ərazisində yerləşmişdi. Bundan başqa, onun şimal-qərb hissəsi Qərb Pomoriyasına, şərq hissəsi isə Prussiyaya aid olmuşdur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2015-ci il siyahıyaalmalarına əsasən vilayətin əhalisi 2,304,722 nəfər təşkil etmişdir. Ən çox əhaliyə malik qraflıq isə Beyxerov qraflığı olmuşdur.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]2016-cı ildə vilayətdə dəmir yolunun xidmətlərindən istifadə edən 53,7 milyon sərnişin qeydə alınmışdır. Onların 94%-i regional və aqlomerasiya münasibətlərində gedir. Vilayətin hər sakini il ərzində vilayət daxilində 23,3, ölkə miqyasında isə orta hesabla 7,6 km səfər edib.
Pomeraniya vilayəti hal-hazırda Marşal şirkətindən alınmış 25 dartma elektrik qovşağının və 27 relsli avtobusun sahibidir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ "Ludność. Stan i struktura ludności oraz ruch naturalny w przekroju terytorialnym. Stan w dniu 30 VI 2015 r." stat.gov.pl (polyak). 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2019.