Priqorodnı rayonu — Vikipediya
Priqorodnı rayonu | |
---|---|
Горæтгæрон район | |
43°03′37″ şm. e. 44°44′06″ ş. u.HGYO | |
Ölkə | |
İnzibati mərkəz | Oktyabrskoe (Priqorodnı rayonu)[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86738 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Priqorodnı rayonu (oset. Горæтгæроны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Oktyabrskoe kəndidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]İnzibati rayonu respublikanın cənub-şərqində, dağlarda və Terek mailli düzənliyində yerləşir. Rayonun ərazisi - 1422.42 km².
Aşağıdakı rayonlarla həmsərhəddir: qərbdə Alagirski və Ardon rayonları, şimalda Pravoberejnı rayonu, şərqdə İnquşetiya Respublikası, cənubda yarım dairə formasında respublikanın paytaxtı Vladikavkaz şəhəri ilə.
Rayonda respublikanın ən yüksək nöqtəsi Kazbek dağı (5033 m) yerləşir.
Tarix
[redaktə | mənbəni redaktə et]İnquşunların ən qədim mərkəzlərindən biri Tarskaya vadisidir. Gürcü coğrafiyaşünası Vaxuşti Baqrationinin məlumatına görə artıq Tara vadisində XVII əsrdə Anquşt kəndində inquşlar yaşayırdı. Xalqın adıda gürcü və rus dilində bu kəndin adından keşmişdir. İnquşların Rusiyaya imperiyasının tərkibinə keçməsi ilə dağlılara düzənlik ərazilərində sərbəst məskunlaşmağa icazə verildi.
Rusiya İmperiyası Hökumətinin Şimali Qafqazdakı dağlıq ərazilərin düzənlik və dağətəyi hissələrinin bir hissəsindən inquşları köçürərək orada kazak kəndlərindən ibarət olan xətti bir zolağı təşkil etdi. XIX əsrin ortalarında İnquşlar indiki Priqorodnı rayonunun ərazisindəki bir sıra kəndlərdən qovuldu, Anquşt kəndinin yerində isə bundan sonra Tarskaya kazak kəndi qururulur[3].
Rusiya Vətəndaş müharibəsi zamanı inquşların əksəriyyəti bolşeviklərin tərəfini saxladığından, kazakların yaşadığı kəndlərin əhalisi deportasiya edildi və yerlərinə inquşlar köçürüldü. 1944-cü ilə qədər Şimali Osetiyanın müasir Prigorodnı rayonunun şərq hissəsi Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində daxil idi. 7 mart 1944-cü ildə çeçen və inquşların Qazaxıstan və Orta Asiya ərazisinə deportasiyası zamanı bölgə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına birləşdirilir. 24 noyabr 1956-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin Çeçen və İnquş xalqlarının milli muxtariyyətinin bərpası haqqında qərar qəbul edilir, lakin Priqorodnı rayonu Şimali Osetiyanın tərkibində qalır.
1963-cü ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası rəhbərliyi rayon ərazisinə müəyyən dəyişikliklər edir və Terek çayının sol sahil hissəsini rayona birləşdirir.
- Müasir dövr
26 aprel 1991-ci ildə RSFSR Ali Məclisi "Deportasiya edilmiş xalqların bərpası haqqında" qanun qəbul edir[4][5]. Burada inquşların ərazi məsələsinin bərpası da nəzərdə tutulurdu.
4 iyun 1992-ci ildə Rusiya Federasiyasının Ali Soveti "İnquş Respublikasının Rusiya Federasiyasının bir hissəsi kimi yaradılması haqqında" qanunu təstiqləyir (sərhədlər hələ müəyyən edilməmişdir).
31 oktyabr 1992-ci ildə Prigorodnı rayonunda inquş və osetinlər arasında silahlı qarşıdurma baş verir. Noyabrın 1-də Rusiya prezidenti Boris Yeltsin münaqişə zonasına qoşun göndərdi və müharibə edən respublikalarda müvəqqəti bir idarə təşkil edilir. Toqquşmalar zamanı (4 noyabra qədər) hər iki tərəfdən 600-dən çox adam ölür. Prigorodnı rayonunun inguş əhalisi evlərini tərk edərək qonşu İnquşetiyaya qaçmağa məcbur olur.
Münaqişədən bəri tərəflər dəfələrlə onun nəticələrini aradan qaldırmaq üçün müqavilələr imzalasalarda imzalanan müqavilələr, mövcud olan bütün problemləri aradan qaldıra bilmədi. İnquşlar qaçqınların Priqorodnı rayonuna qaytarılmasını və "Deportasiya olunan xalqların bərpası haqqında" və "İnquş respublikasının yaranması haqqında" federal qanunların icrasını tələb edirlər.
Qaçqınların bir qismi geri qaytarılsa da vaxtaşırı bir çox kənddə inquş və osetinlər artasında qarşıdurmalar yaranır. Gürcü-osetin münaqişəsi vəziyyəti daha da qəlizləşdirir. Belə ki, Cənubi Osetiyadan gələn osetin qaçqınları Priqorodnı rayonunda yerləşdirilir.
Əhali
[redaktə | mənbəni redaktə et]- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. | Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 72 921 | 67,11 % |
inquşlar | 23 254 | 21,40 % |
ruslar | 9 436 | 8,68 % |
gürcülər | 858 | 0,79 % |
ermənilər | 569 | 0,52 % |
digərləri | 953 | 0,88 % |
milliyyətini bildirməyənlər | 674 | 0,62 % |
ümumi | 108 665 | 100,0 % |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ OKTMO (rus.).
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "4. Краткий очерк о населении, территории конфликта, истории". 2009-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
- ↑ О реабилитации репрессированных народов (26.04.1991)
- ↑ "О реабилитации репрессированных народов (с изменениями от 01.07.1993)". 2009-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-17.
- ↑ "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.