Pyotr adaları — Vikipediya

Pyotr adaları
rus. Острова Петра
Ümumi məlumatlar
Ümumi sahəsi 300 km²
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
76°33′40″ şm. e. 112°19′32″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Pyotr adaları xəritədə
Pyotr adaları
Pyotr adaları
Pyotr adaları (Krasnoyarsk diyarı)
Pyotr adaları
Pyotr adaları, Krasnoyarsk diyarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyotr adalarıLaptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən adalar qrupu. Adalar qrupu Taymır yarımadasının şimal-şərqində, Marii Pronçişev buxtası ilə Faddey körfəzi arasınds yerləşir. Arxipelaqın ümumi sahəsi 300 km² təşkil edir. Adalar 1736-ci ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir. Arxipelaqın ən böyük adası Şimal adasıdır. Ada 175 km² sahəyə malikdir. Taymır sahillərindən şərqdə yerləşir. Adaya ən yaxın sahil xətti arasında məsafə 1,2 km təşkil edir.

Cənub adası kifayət qədər kiçik adadır. Şimal adasından 9 km cənub şərqdə yerləşir.

Pyotr adalarına həm də daxildir: Dojdevoy, Vstreç, Kleşnya, Serpastı, Volnolomnı, Mnoqomısnı, Adsız, Andreya, Koşka, Qolaya Kosa.

Adaların iqlimi arktikdir. İl boyu ətrafı buzla örtülü olur. Ətrafında hərəkət edən iri buz parçaları olur. Bunun hesabına bir sıra heyvanlar adalara sərbəst şəkildə keçə bilirlər.

Adalar Şimal dəniz yolu üzərində yerləşir.