Qütb sahələri — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yer kürəsinin qütbləri iki yerə bölünür:Şimal qütb sahəsi-Arktika,Cənub qütb sahəsi isə-Antarktida adlanır.Hər iki sahə qütb qurşağı boyunca qalın buz qatları ilə örtülüdür.Əgər Şimal qütbündə buz qatının altı Şimal Buzlu okeanının sularından ibarətdirsə,Cənub qütbündə bütöv bir qitə-Antarktida tamamilə buzlarla örtülüdür
Şimal qütbü
[redaktə | vikimətni redaktə et]Şimal qütb sahəsi Avrasiya və Şimali Amerika materiklərinin şimal sərhədlərinin bir hissəsini,Şimal Buzlu okeanının,demək olar ki,bütünlüklə(Norveçin sahil adalarından başqa) ,eləcə də Atlantik və Sakit okeanların ən uzaq şimal sularının bir hissəsini əhatə edir.Ərazisi 27mln.kv.km-dir(bəzi yerlərdə 21mln.lv.km).
Cənub qütbü
[redaktə | vikimətni redaktə et]Cənub qütb sahəsi Antarktida materikini və eləcə də onunla həmsərhəd olan Ueddell,Ross,Amundsen,Belinshauzen və s. dənizlərlə birlikdə Atlantik,Hind və Sakit okeanların bir hissəsini əhatə edir.
Temperatur
[redaktə | vikimətni redaktə et]Qütb sahələrində istər Arktika,istərsə də Antarktida da temperatur rejimi -30–50 °C arasında dəyişir.Bununla yanaşı,buzlaqların dəniz sahili zolaqlarında temperatur 0 °C-dən yuxarı qalxdıqda bəzi yerlərdə buz parçalanır və cərəyanlar onları açıq okeanlara aparır.