Qırmızıdöş qaz — Vikipediya

Qırmızıdöş qaz
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Qırmızıdöş qaz
Beynəlxalq elmi adı

Qırmızıdöş qaz (lat. Branta ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin vəhşi qaz cinsinə aid heyvan növü.

  • Status. Nadir, nəsli kəsilmək qorxusu altında olan, qışlayan növdür.
  • Yayılması. Xəzər dənizinin Lənkəran sahillərində, az miqdarda Kür-Araz ovalığının su hövzələrində qışlayır. Əsas toplandığı yer Qızılağac körfəzidir. Yamal yarımadasından Xatanqa çayına qədər Sibirin tundra və meşə-tundralarında yuvalayır.
  • Yaşayış yeri. Dəniz sahilləri, göllər, çayların mənsəbi. Sahələrin təsərrüfat istifadəsilə əlaqədar yem biotopu çox azalmışdır.
  • Təbiətdə sayı. Əvvəllər Xəzər sahillərində sayı çox idi. 1961-1964-cü illərdə Mil düzündə 3300-dən 4800 fərdə qədər. Sarısu gölündə qışlama zamanı 100 fərddən çox olmur. Azərbaycan MEA zoologiya institutu əməkdaşlarının məlumatına görə, 1980-ci ildə Qızılağac qoruğunda qırmızıdöş qazın sayı 23 fərdə qədər azalmışdır.
  • Çoxalması. Azərbaycanda yuvalamır.
  • Sayının dəyişilmə səbəbləri. Münasib yaşayış yerlərinin azalması, qanunsuz ov, kəskin şaxtalı illərdə yemsizlikdən məhv olması.
  • Qorunması üçün zəruri tədbirlər. Brakonyerçiliklə mübarizənin gücləndirilməsi.

Başının üst hissəsi, qanadları və qarnı qaradır. Boynunun aşağı hissəsi, döşü qırmızı–qəhvəyi rəngdədir. Bədəninin yanlarında ağ xətlər vardır. Quyruğunun altı ağdır.

Nadirdir.

Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər.

Avropa və Asiyada yayılıb. Azərbaycanda XX əsrin 70-ci illərinə qədər Lənkəran və Kür-Araz ovalıqlarında geniş yayılıb. İndi isə nadir hallarda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında, Mahmudçala-Ağçala göllərində və bu göllərin ətrafındakı yarımsəhralarda qeyri-müntəzəm görünür. Bəzi su hövzələrinin qurudulması, yarımsəhralardan pambıq, üzüm və meyvə-tərəvəz bitkilərinin əkini üçün intensiv istifadə edilməsi nəticəsində yaşayış yerləri kəskin azalıb.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Müasir arealı daxilində axmaz və göllərlə zəngin olan yarımsəhralar, taxıl və düyü sahələrində yaşayır. İri su hövzələrində dincəlir. Axşam və alatoranlıq vaxtı fəal olur. Azərbaycana qışlamağa gəlir. Oktyabrın sonundan noyabrın ortalarınadək payız gəlişi və ötüb keçməsi, martın əvvəli isə yaz köçməsi dövrü olur. Bitki toxumları, cücərtiləri və kök hissələri ilə qidalanır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

XX əsrin ortalarına qədər yarımsəhralarda pambıq, üzüm, meyvə-tərəvəz bitkilərinin əkininin genişləndirilməsi, həddindən artıq mal-qaranın otarılması nəticəsində qida ehtiyatının azalması, qışın sərt keçməsi, Xəzərin səviyyəsinin dəyişilməsi sayına neqativ təsir göstərib, lakin sonrakı dəyişilmələr kosmik təsir nəticəsində Dunay çayı vadisində qışlaması ilə bağlıdır.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi, estetik və dekorativ əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, su-bataqlıq sahələrində təşkil edilmiş yasaqlıqlar növün qışlaq tələblərinə cavab verir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın "Qırmızı Kitab"ına, CİTES, Ramsar, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qızılağac Dövlət Təbiət Qoruğunun, Şirvan və Ağgöl Milli Parklarının, Sarısu, Ağgöl, Mahmudçala-Ağçala göllərinin ətrafındakı yarımsəhralarda taxıl bitkiləri əkininin, Lənkəran ovalığında isə düyü əkininin genişləndirilməsi, növün əhəmiyyətinin maarifçiliyi gələcəkdə fayda verə bilər.