Qafar Cəbiyev — Vikipediya

Qafar Cəbiyev
Qafar Cəfər oğlu Cəbiyev
Doğum tarixi 17 avqust 1950(1950-08-17) (74 yaş)
Doğum yeri
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti

Qafar Cəfər oğlu Cəbiyev[1] (17 avqust 1950, Talıstan, İsmayıllı rayonu)[2] — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), professor[1], Azərbaycan Respublikasının Əməkdar jurnalisti[2] (2012[3]).

Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.

Evlidir. İki övladı var.

  • Qırlartəpənin qədim abidələri (rus. Античные памятники Гырлартепе). Bakı: Elm, 1985 (həmmüəllif).
  • Arxeologiya və romantika. Bakı: Gənclik, 1990.
  • Can Azərbaycan. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003.
  • Girdiman tarixi (IV–IX əsrlər). Bakı: Şərq-Qərb, 2010.
  • Muradxan dəfinəsi. Bakı: Elmin İnkişafı Fondu, 2012 (həmmüəllif).
  • Yazılan qalacaq. Bakı: Elm və təhsil, 2015.
  • Girdiman. Tarixi və tarixi coğrafiyası. Bakı: Elm və təhsil, 2015.
  • Azərbaycan tarixi: ən qədim zamanlardan müasir dövrə qədər (ali məktəblərin qeyri-ixtisas fakültələrinin bakalavriat pilləsi üçün dərslik). Bakı: Elm və təhsil, 2017.
  • Qəbələdə son arxeoloji tədqiqatların nəticələri. Bakı: CBS, 2017.
  • Azərbaycan arxeologiyasının əsasları (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2018.
  • Girdiman. Tarixi və tarixi coğrafiyası (rus. Гирдиман. История и историческая география). Bakı: Elm və təhsil, 2020.[4]
  • Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları. Bakı: Elm və təhsil, 2024.
  • Bələdiyyələr və mədəni irs. Bakı: Xan, 2024.
  1. 1 2 ""Professor Qafar Cəbiyev – 70"". MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi. 15-8-2020.
  2. 1 2 "Cəbiyev Qəfər Cəfər oğlu". Azərbaycan Milli Elmlər Akademiyası.
  3. "Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 3 oktyabr 2012-ci il.
  4. "Новое исследования по истории Кавказкой Албании". Atalar (rus). 2020-05-20. İstifadə tarixi: 2025-02-03.