Qafqaz dağdağanı — Vikipediya

Qafqaz dağdağanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qafqaz dağdağanı (lat. Celtis caucasica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. QlobalIUCN Statusu: LC.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Ağacdır, yarpaqları qabıqlı, kənarları qeyri-hamardır, yumurtavaridir və ya yumurtavari-lansetşəkillidir, kənarlardan qatlanmış iti dişlidir, üstdən tend-yaşıl, hamar və ya kələ-kötür, alt hissədən boz-yaşıl rənglidir. Uzunluğu 4-8 sm, eni 2,5-5 sm-dir. Meyvələri şarvaridir, qırmızımtıl-sarı rənglidir və ya tünddür. Toxumları qırışlıdır. Yarpaqlaması və çiçəkləməsi eyni vaxtda baş verir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Aşağı və orta dağ qurşağında, meşə və meşə olmayan rayonlarda qaya və daşlıq yerlərdə rast gəlinir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qafqaz dağdağanı adi dağdağana çox bənzəyir. Təbiətdə hündürlüyü 15 m-ə qədər olan ağacdır. Yarpaqları kiçik olub, 4,5 sm-ə qədər uzunluğunda və 2-4 sm-ə qədər enində ola bilir. Yumurtaşəkillidir və kənarlarında dişlərin sayı azdır. Yarpağın üst hissəsi tüksüz, alt tərəfi isə tüklüdür. Yetişmiş meyvələri parlaq qırmızı və ya qəhvəyi rəngdə olub, üzəri girintili-çıxıntılıdır. Çiçəkləri yarpaqlar əmələ gəlməmişdən qabaq oyanır. Meyvəsi 10 mm-ə qədər diametrində ola bilir. Dəniz səviyyəsindən 1400 m-ə qədər yüksəkliklərdə bitir.

Böyük Qafqazın şər və qər hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Lənkəran ovalığı.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinin və təbii bəroanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın zəif təkrarlanması. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Növün nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur. 

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan, İran, Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə, İraq və Pakistanda təbii arealları vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın şər və qər hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Lənkəran ovalığı.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Təbii ehtiyatı Azərbaycanda çox deyildir.

Çiçəkləmə sentyabr-oktyabr aylarına baş verir. Əsasən toxumla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir. Populyasiyanın vəziyyətinin və təbii bəroanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.