Qalib Qurbanov — Vikipediya
Qalib Qurbanov | |
---|---|
1991 – 19 may 1992 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | İbadulla Qurbanov |
Zaqatala Rayon Sovetinin sədri | |
1991 – 1991 | |
Əvvəlki | Vəzifə yaradıldı. |
Sonrakı | Vəzifə ləğv olundu. |
1990 – 1991 | |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1945 |
| |
Təltifləri |
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub.
1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib.
Evlidir. İki övladı var.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Qalib Qurbanov 1979-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənayə-nəqliyat və maşınqayirma şöbələrində təlimatçı, şöbə müdürünün muavini vəzifəsində işləyib. 1988-ci ildə Azərbaycan Kommunist Partiyası Yevlax Şəhər Komitəsinin 2-ci katibi seçilib.
Azərbaycan Kommunist Partiyasının XXXII Qurultayında Mərkəz Komitəsinin üzvü seçilib. 1990–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin 1-ci katibi, 1991-ci ildə Zaqatala Rayon Sovetinin Sədri, 1991-ci ildən isə Zaqataıa Rayon İcra Hakimiyyətinin başcısı vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 19 may 1992-ci il tarixli fərmanı ilə vəzifəsindən azad edilmişdir.[1]
Qalib Qurbanov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. 1992-ci ilin iyununda Azərbaycan Respublikası Milli Məclisinın üzvü seçilmişdir. Parlamentdə iqtisadiyyat komissiyasının sədr müavini olub.
İctimai fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1997-ci ildən Rabitə Nazirliyinin (51%) təsisçiliyi ilə yaranmış "Azerin" MMC-nin təsisçilərindən biri, eyni zamanda baş direktorudur.[2]
2000-ci ildən bu günədək Azərbaycan İnternet Cəmiyyətinin sədridir.[3][4]
2013-ci ildən İnformasiya Texnologiyalarının İnkşafı Dövlət Fondunun Muşahidə Şurasının üzvüdür. 2015-ci ildən Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Yüksək Texnologiyalar Parkı"-nın Ekspertlər Şurasının üzvüdür.[5]
Qalib Qurbanov 2021-ci ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya üzv, daha sonra isə İctimai Şuranın sədr müavini seçilmişdir.[6]
Mükafatları
[redaktə | mənbəni redaktə et]21 aprel 1995-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.
6 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.e-qanun.az/framework/7241[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ "Arxivlənmiş surət". 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ http://emag.iis.ru/arc/infosoc/emag.nsf/BPA/44535a3007d73089442581100044cc12[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ "Arxivlənmiş surət". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.