Qara şəhər — Vikipediya

Qara şəhər — yerli neftqayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsidir.

Bu ərazidə, əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar. XIX əsrin ikinci yarısında sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2 km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.

Beləliklə də 1876-cı ildə Keşlədəki otlaq sahələrində və yerli əhalinin bağ və bostan sahələrinin yerində yeni sənaye rayonu salındı. 1880-ci ildə yeni sənaye rayonunda 118-dən artıq müəssisə fəaliyyət göstərirdi. 1905-ci ildə demək olar ki, Bakının bütün iri neft sənayesi obyektləri burada yerləşdirilmişdi. Buradakı tikililərin hamısını qara his basdığından hər tərəf qapqara görsənirdi. Elə buna görə də 1880–90-cı illərdə və o zamanlardan bəri bu ərazi artıq "Qara şəhər" kimi tanınır.

Elə ki, "Qara şəhər"də sənaye tikililərinin limiti bitdi, neft sənayeçiləri tikiləcək yeni obyektləri üçün yeni ərazilər axtarışına çıxdılar. "Qara şəhər"ə ən yaxın ərazi Keşlə əhalisinin torpaq sahələri idi. Tezliklə də bu ərazilərdə yeni sənaye şəhərciyi "Ağ şəhər" əmələ gəldi. Bu "Qara şəhər"in şərqdən davamı idi.

1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan "Qara şəhər"ə qədər neft kəməri çəkilmişdir.

Qara Şəhər 1913-cü ildə

Bakı 1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra Rusiya imperiyasının tərkibinə daxil olmuşdur. Bu dövrdə Bakı 10 min əhaliyə sahib kiçik bir şəhər idi.[1] Dünyada ilk neft quyusu 1848-ci ildə Bakıda qazıldı.[2] İlk neft emalı zavodları 1859-cu ildə şəhər ətrafında tikildi.[1] 1860-cı illərdə Bakının neft sahələrindən əldə edilən neft dünya üzrə neft təchizatının 90%-i təşkil edirdi.[2] Sənaye binaları şəhərin böyük bir hissəsini əhatə etməyə başladı. Zavod və fabriklər havanın çirklənməsinə səbəb oldu. İctimai təzyiq əyalət hakimiyyətini ayrıca sənaye zonası yaratmağa təşviq etdi. 1870-ci ildə şəhərin şərqindəki otlaq ərazilərin neft emalı zavodlarının tikintisi üçün ayrılması təklif edildi.[3] 1872-ci ilə qədər Bakıda kerosin istehsal edən təqribən 60 neft emalı zavodu var idi. Şəhərdə yeni zavod tikilməsini qadağan edən və neft emalı zavodlarının şəhərdən kənarda yerləşdirən qanun qəbul edildi.[4]

Şəhərin əsasının qoyulması və inkişafı

[redaktə | vikimətni redaktə et]
Branobel neft emalı zavodları 1880-ci illərin sonunda

1874-cü ildə Qara Şəhərin ərazisində 123 neft emalı zavodu var idi.[4] Ərazi limandan 8 mil (13 kilometr) məsafədə idi.[5] Sənaye ərazisi planı 1876-cı ildə tamamlandı. Qonşu Keşlə qəsəbəsinin ferma və otlaqlarının bəziləri şəhərdə fəaliyyəti dayandırılmış fabriklərin köçürülməsi üçün ayrıldı. Yeni sənaye ərazisi yaşayış yerlərindən 2 kilometr uzaqlıqda idi. Çirklənmənin qarşısını almaq üçün yaşayış ərazisində neft emalı zavodlarının tikintisi qadağan edildi.[3] 1880-ci ildə Qara Şəhər ərazisində 118 istehsal fəaliyyəti göstərən firma var idi.[3]

Bakının neft fəhlələrinin çoxu bu ərazidə yaşayırdı. Burada həmçinin neft şirkətlərinin ofisləri, emalatxanalar və əlaqədar işçilərin yaşayış əraziləri yerləşirdi. Bakı ilə müqayisədə yaşayış şəraiti pis idi.[6] İmkanlı şəxslər neft çıxarılması və emalının qadağan edildiyi şəhər mərkəzində yaşayırdılar.[7] Fabrik və neft emalı zavodlarının havaya buraxdığı qara tüstü və his ərazinin Qara Şəhər (rus. Чёрный город) adı ilə məşhurlaşmasına səbəb oldu. 1890-cı ildə Qara Şəhərə gələn türk səyahətçi buranı belə təsvir edirdi:

" Hər şey qaradır; divarlar, yer, hava və səma. Sən nefti hiss edirsən və tüstünü içinə çəkirsən və pis qoxu səni boğur. Sən səmanı bürüyən tüstü buludları arasında gəzirsən.[8] "
Qara Şəhərin qırağında neft kəməri. 1905-ci il

1878-ci ildə Nobel qardaşları Rusiya imperiyasında ilk neft kəmərini çəkdilər. 5.6 mil (9 kilometr) uzunluğunda və diametri 2 düymə (51 millimetr) olan bu kəmər gündə 10 min barel neft nəql edə bilirdi.[9] Xam neft quyulardan Balaxanıdakı mərkəzi saxlama çənlərinə, ordan da neft emalı zavodlarına göndərilirdi. Tikintiyə sərf edilən pul bir ildə qazanıldı.[10] Çok keçmədən digər şirkətlər Nobellərin yoluyla getdilər.[11]

1879-cu ildə Nobel qardaşları Nobel qardaşları neft istehsalı ortaqlığının əsasını qoydu. Tezliklə onlar Bakıdakı neft sənayesinin 75%-i idarə edirdilər.[1] 1885-ci ilin oktyabr ayında Bakının neft emalı zavodlarının çoxu Qara Şəhərdə idi. Neft torpaq üzərində yerləşdirilmiş 4–6 düymə (100–150 millimetr) diametri olan kəmərlər ilə nəql edilirdi. Burada 2-i Nobellərin olmaqla 12 rezervuar var idi. Kiçik firmalar böyük firmaların çənlərindən istifadə etməli idi.[12]

Sonrakı inkişaf

[redaktə | vikimətni redaktə et]

Balaxanının neftlə zəngin əraziləri Bakıdan 9 mil (14 kilometr) uzaqlıqda yerləşirdi.[13] İsveç səyyahı Sven Hedin?! 1890-cı ildə Balaxanının neft sahələrini ziyarət etmişdir. Burada 116-ı Nobellərin olmaqla 410 quyu (dərinliyi 220–270 metr) var idi. Nobel quyularından biri gündə 150 min pud istehsal edirdi. Nobellər iki xətlə Qara Şəhərə gündə 230 min pud xam neft nəql edirdilər. Onlar günə 60 min pud emal edilmiş neft istehsal edirdilər.[14]

Qara Şəhər inkişaf nəticəsində sərhədlərini aşmağa başlayanda neft sənayeçiləri öz ehtiyaclarını ödəmək üçün daha münasib yerlər axtarmağa başladılar. Tezliklə Qara Şəhərin şərqində Ağ Şəhər adlanan yeni sənaye ərazi ortaya çıxdı. 1902-ci ilin sonunda burada 20-ə yaxın böyük neft emalı zavodu və neftlə əlaqədar ticarət müəssisəsi tikildi.[3] Qara Şəhərdən fərqli olaraq Ağ Şəhərdəki zavodlar daha müasir və daha funksional idi və ərazi çox çirklədilmədi.[13] 1882–1883-cü illərdə Nobel qardaşları Qara Şəhər və Ağ Şəhərin sərhədində Villa Petrolea adlı sənaye cəmiyyətinin əsasını qoydular.[15] 1905-ci ildə Bakının bir çox neft emalı zavodları burada yerləşirdi.[16]

Bakı Rusiya imperiyasında ən başı bəlalı şəhərlərdən biri idi. 1900-cü illərdə Bakıda olan gənc İosif Stalin neft maqnatlarına qarşı hərəkət edən kriminal qruplarla əlaqə saxlayırdı. Belə bir fikir var idi ki, Qara Şəhərdə bəzi çöllüklər kriminal qrupun nəzarətindədir. Stalin menşeviklərin yox, yalnızca bolşeviklərin bura daxil olması kriminal qrupla razılığa gəlmişdi. Bolşeviklərin xüsusi parolu var idi. Başqa bir hekayəyə görə Stalin neft maqnatı Musa Nağıyevin qaçırılmasında rol oynamışdı.[17] Stalin həmçinin neft sahələri işçilərinin tətilə çıxmasını təşkil etmişdi. Bolşeviklər həmçinin neft daşınması şəbəkəsi vasitəsilə öz qəzetləri "İskra"nı paylayırdılar.[5]

  1. 1 2 3 Dumper, Stanley, 2007. səh. 64
  2. 1 2 Farndon, 2012. səh. 12
  3. 1 2 3 4 Fatullayev, 1978
  4. 1 2 Sokolov, 2002. səh. 26
  5. 1 2 Black, 2012. səh. 80
  6. Heyat, 2002. səh. 47
  7. Swietochowski, 2004. səh. 21
  8. Black, 2004. səh. 100
  9. Vassiliou, 2009. səh. 98
  10. Henry, 1905. səh. 73-74
  11. Henry, 1905. səh. 88
  12. Russian Petroleum - Bradstreet's
  13. 1 2 Henry, 1905. səh. 8
  14. Hedin, 1926. səh. 528
  15. Villa Petrolea - Our Baku
  16. Henry, 1905. səh. 14
  17. Montefiore, 2008. səh. 187

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]