Qara Dəniz Ticarət və İnkişaf Bankı — Vikipediya
Qara Dəniz Ticarət və İnkişaf Bankı | |
---|---|
Yaranma tarixi | 24 yanvar 1997 |
Mərkəzi | |
Prezident | Serhat Köksal[1] |
bstdb.org |
Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatı.
Məqsəd və vəzifələri
[redaktə | mənbəni redaktə et]Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir.
QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir.
Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur[2].
Üzv olan ölkələr
[redaktə | mənbəni redaktə et]- Albaniya
- Ermənistan
- Azərbaycan
- Bolqarıstan
- Gürcüstan
- Yunanıstan
- Moldova
- Rumıniya
- Rusiya
- Türkiyə
- Ukrayna
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Новый президент ЧБТР приступил к исполнению своих обязанностей". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-01.
- ↑ Официальный сайт банка Arxiv surəti 14 yanvar 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine