Qarabağ mehmanxanası — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qarabağ mehmanxanası | |
---|---|
40°20′ şm. e. 49°53′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Təbriz küçəsi 36 |
Layihə müəllifi | V.Şulgin və E.Melxisedekov |
Memar | K.Kərimov və Q.Şamilov |
Tikilmə tarixi | 1974 |
Üslubu | konstruktivizm |
Vəziyyəti | 2004-cü ildə sökülüb |
|
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü.
Tarixi
[redaktə | vikimətni redaktə et]Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir.
1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı[1].
Memarlığı
[redaktə | vikimətni redaktə et]"Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü. Sütunlar üzərində dayanan 10 mərtəbəli "Qarabağ" mehmanxanasının binası unikal memarlıq nümunəsi sayılırdı. O nadir tikinti texnologiyalarının tətbiqi ilə qayalıq üzərində ucaldılmış və sonralar da bir sıra beynəlxalq mükafatlara layiq görülmüşdü. Ən sonuncu mərtəbədə şüşəli kafelər və oyun meydançaları yer alırdı.
Mehmanxananın mərkəzi vestibülü həyətə doğru idi. Birinci mərtəbədə azad məkanın həcmini artırmaq məqsədilə burada karkas-çərçivə konstruksiyasından istifadə olunmuşdur. Binanın əsas girişinin qarşısında binanın əsas bəzəyi sayılan hovuz yerləşirdi.
Binanın fasadının memarlığı da fərqli idi. Mehmanxananın cənub fasadı şəhərə və dənizə açılmış şəbəkə formasında olmaqla günəşdən qorunur, şimal fasadı isə şahmatvari qaydada tikilmişdi. Mehmanxananın giriş divarı parlaq mozaika ilə örtülmüşdür. Mehmanxananın tərtibatında rəssamlar Oqtay Şıxəliyev və Hacıbala Rəcəbov iştirak etmişdilər. Hovuzun tərtibatında xüsusən Şıxəliyev fərqlənmişdir beləki o hovuzu xalq məişət elementləri ilə yanaşı milli incəsənət elementləri ilə də zənginləşdirmişdir.
Sökülməsi
[redaktə | vikimətni redaktə et]90-cı illərin əvvəlində Azərbaycan Ermənistan münaqişəsi zəmnində Ermənistandan qovulan 10 ailə burada yerləşmişdir.
2004-cü ildə "Uğur 97" şirkəti mehmanxananın binasını alınaraq bütün qaçqınları buradan köçürmüşdür. İlk öncə bina birinci mərtəbəsinə qədər sökülmüş sonradan isə bəlli olmayan səbəblərə görə söküntü işləri dayandırılmışdır. Bir müddət mehmanxana ərazisi pullu dayanacaq kimi fəaliyyət göstərmiş sonradan isə tamamilə sökülmüşdür. Vaxtilə mehmanxananın yerləşdiyi ərazi hazırda boşdur.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Bakıda bir mehmanxana vardı — bəxti qara "QARABAĞ"". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Иванова Е. "Гостиница «Турист» в Баку". М.: Стройиздат. 1988.
- Эфендизаде Р. М. Архитектура Советского Азербайджана. М.: Стройиздат. 1986. 316.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Abşeron"niyə sökülür? Arxivləşdirilib 2020-06-07 at the Wayback Machine