Qasımuşağı tikmələri — Vikipediya
Qasımuşağı tikməsi — Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən ipək tikmə.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Bədii analiz
[redaktə | mənbəni redaktə et]Bu tikmənin kənarları naxışla tamamlanmışdır. Naxışlar ara sahədə yerləşən gölün yanlarında ensizləşdirilərək bu tikmələrə və Qasımuşağı xalçalarına məxsus "S" hərfinə bənzər naxışlarla bəzədilmişdir. Ara sahənin tən ortasında böyük ölçülü səkkizbucaqlı göl yerləşdirilmişdir. Gölün kənarları iki cür naxış olmaqla bəzədilmişdir. Gölün daxili hissəsi xonçanı xatırladan müxtəlif gül—çiçəklə tərtib edilmiş yaşıl və sürməyi rəngli kənarları dilikli kətəbələrlə təsvir edilmişdir. Gölün mərkəzində ağ yerlikli səkkizguşəli həndəsi formalı elementin dörd tərəfindən qola bənzər motivlər işlənmişdir. Bəzi toxucular bu motivləri böcək adlandırırlar. Gölün tam ortasında isə qırmızı yerliyi olan səkkizbucaqlı həndəsi fiqurun içərisində dörd ləçəkli gül təsviri işlənmişdir.
Gölün ara sahəsində yerləşən kətəbəyə (böcəyə) bənzər elementlər bu tikmələrə məxsus budağı xatırladan qarmaqlı motivlərlə əhatə olunmuşdur. Gölün xaricində yuxarı və aşağı hissələrdə qubba təsvirləri vardır.
Ara sahənin yuxarı və aşağı hissəsində hər iki yanda (sağ və solda) bu tikmələrə (həmçinin “Qasımuşağı xalçaları”na[1]) məxsus böyük ölçülü "S" hərfinə bənzər naxışlar vurulmuşdur. Bu naxışlı elementlərin içərisini qarmaqvari motivlər bəzəyir.
Tikmənin aşağı və yuxarı künclərindən bir—biri ilə üzbəüz istiqamətlənən oxabənzər, uc hissələri dilikli yarımçıq kətəbələr yerləşdirilmişdir. Həmin kətəbələrin içərisi qıraqları qarmaqvari motivlərlə əhatələnmiş naxışlarla tamamlanmışdır.
Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən Qasımuşağı xovlu xalçaları üçün xarakterik olan mürəkkəb kompozisiya Qasımuşağı tikmələrinə çox yüksək peşəkarlıqla işlənmişdir.
Texniki xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Tikmənin ölçüsü 116x65 sm-dir.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Qasımuşağı xalçası"". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
- ↑ "Qasımuşağı tikmələri". 2014-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.