Qazançı əməliyyatı — Vikipediya

Qazançı əməliyyatı — 1992-ci ilin martın 3-4-də Azərbaycan ordusunun Ağdamda yerləşən və Qarabağ münaqişəsinin başlanğıcında ermənilərin nəzarəti altına keçən strateji əhəmiyyətli Qazançı kəndinin azad olunması əməliyyatı. Əməliyyat nəticəsində kənd Azərbaycan ordusunun nəzarəti altına keçdi, döyüş nəticəsində Azərbaycan ordusunun 7 əsgəri şəhid oldu. Onlardan biri Əlabbas İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Azərbaycan Ordusunun qələbəsinə baxmayaraq, 1993-cü ilin yay hücumu zamanı ermənilər kəndi yenidən işğal etdilər.