Qlyasiologiya — Vikipediya
Qlyasiologiya (lat. glacies — buz; yun. λόγος — elm, təlim) — buzlaqların fəaliyyətini öyrənən elm. Qlyasiosfera və onu təşkil edən nival-buzlaq sistemləri qlyasiologiya elminin vahid təbii obyektidir.

Qlyasiologiyanın istiqamətləri
[redaktə | vikimətni redaktə et]Tədqiqatların əsas obyekti üzrə qlyasiologiya bir neçə sahəyə bölünür:
- buzlaq üzərində tədqiqat
- qar yağıntısı üzərində tədqiqat
- uçqunlar üzərində tədqiqat
- buz hövzələri və axınları üzərində tədqiqat
- paleoqlyasiologiya (keçmiş geoloji dövr buzlaqlarının tədqiqatı).
Qlyasiologiya elmi fizika və mexanika, geologiya, iqlimşünaslıq (klimatologiya), geomorfologiya və s. elmlərlə qarşılıqlı əlaqədə olub, onların tədqiq metodlarından istifadə edir[1].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Aida Maksudova. "Buzlaqlar". Oxu, bil, paylaş. 08.11.2011. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.