Qırmızı palıd — Vikipediya
Qırmızı palıd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qırmızı palıd | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qırmızı palıd (lat. Quercus rubra) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Arealı
[redaktə | vikimətni redaktə et]Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzunluğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir. Örtüyü qozanı yarısınadək və ya onun uzunluğunun üçdə iki hissəsinədək örtür. Üzəri nazik, uzun, çox vaxt əyilmiş, iynəli pulcuqlarla örtülmüşdür. Mayda çiçəkləyir. Meyvələri sapsız, xırda, konusvari qozalardır, ikinci il yetişir.
Ekologiyası
[redaktə | vikimətni redaktə et]-200C-dək şaxtaya davamlıdır. Rütubətli yerlərdə yaxşı bitir.
Azərbaycanda yayılması
[redaktə | vikimətni redaktə et]Cənub zonasında və ya şimal rayonlarında konteynerdə becərilir. Abşeronda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Çox dekorativdir. Hamar, yaşıl yarpaqları payızda qırmızı rəng alır. Qabığından boya sənayesində istifadə olunurdu.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Homotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Erythrobalanus rubra (L.) O.Schwarz
Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Quercus acerifolia G.Kirchn.
- Quercus ambigua F.Michx.
- Quercus angulizana Raf.
- Quercus borealis F.Michx.
- Quercus borealis var. flabellata Croizat
- Quercus borealis f. flabellata (Croizat) Rehder
- Quercus borealis var. maxima (Marshall) Sargent
- Quercus coccinea var. ambigua A.Gray
- Quercus maxima (Marshall) Ashe
- Quercus michauxii F.Dietr.
- Quercus rubra var. ambigua (A.Gray) Fernald
- Quercus rubra var. borealis (F.Michx.) Farw.
- Quercus rubra var. hispanica Castigl.
- Quercus rubra f. houbae Trel.
- Quercus rubra f. juvenilis Trel.
- Quercus rubra var. latepinnatifida Kuntze
- Quercus rubra var. latifolia Aiton
- Quercus rubra var. maxima Marshall
- Quercus rubra f. obovata Trel.
- Quercus rubra var. pendula de Vos
- Quercus rubra var. ramosissima Marshall
- Quercus rubra var. subserrata Lam.
- Quercus sada Mast.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 996.